vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
15:37 | 19 mart 2019 | Çərşənbə axşamı Məqaləyə 3695 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Arzuya bax, İlahi

Tez-tez gəlin ...

Zaur ƏLİYEV, Dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

Təsəvvür edirəm ki, Qarabağ işğal olunmayıb. Mən də bayram günü ailəmi də götürüb gəlirəm Avtovağzala. Bilet alıram Bakı-Ağdam avtobusuna. Anam zəng edir ki, bala gec gələcəksiz. Süfrə açıb gözləyirik. Axşam çatırıq evimizə, məhəlləmizdə ocaq qalayıblar. Yaxınlaşıb böyüklərin əllərindən öpürəm, tay-tuşlarımı qucaqlayıram. Balacaların gözlərindəb öpürəm. Oğlum, bacım uşaqları, məhəllədə tay-tuşlarımızın uşaqları ocaq yanında oynayırlar, valideyinlərimiz söhbət edirlər. Biz də tay tuşlarla həyətdə ocaq kənarında durub dərdləşirik. Sonra evə qalxıb bayram aşı yeyirik. Oğlum tay tuşları ilə torba atmağa gedir, qızlar qapı pusmağa. Mən də dədəmlə, yeznələrlə domino oynayırıq, nərd atırıq.

Səhər hamımız maşına doluşub Şuşaya qalxırıq. Yol üstü Ağdam məscidinə gedib nəzirlərimizi veririk. Duamızı oxuyuruq.

Şuşaya Ulu babamgilin evinə gedirik. Atamın qohumlarını, yaşlı insanları təbrik edirik. Abdal-Gülablıdan keçəndə düşüb oranın bulağında əl-üzümüzü yuyuruq. Anam deyir ki, buranın gül-çiçəyindən dərin, aparın evinizə. Şuşada ailəvi gedirik Cıdır düzünə, Topxana meşəsinə. Kabab çəkirik, uşaqların səs küyü, samovar çayının tüstüsü, Xarı Bülbül gülünün gözəlliyindən zövq alırıq. Anam deyir ki, Qubadlıya da gedək. Qohumlar gilə. Gəlirik ki, Allahverdi, Eldar və Əmir Bağırovlar da gəliblər baba ocağına. Onlarla birgə gedirik Həkəri çayının kənarında balıq tuturuq. 

Kəlbəcərə gedirik oradan. İstisuya. Kəlbəcər balı alıb, Əsgəran-Xocalı yolu Ağdama qayıdırıq.

“Fred” Asif ailəsini götürüb bizə qonaq gəlir. Oturub dərdləşirik, çay içirik. Ağdamda yeni işlərin qurulması barədə planlar cızırıq. Bu zaman Canpolad zəng edir ki, bəs atam Yaqub sizi evə dəvət edir. Gedirik Ağdamın Şahbulaq qalasında dincəlməyə. Çay süfrəsinə Şirin Mirzəyev də qoşulur. Ərşad da, Cəfər də...

Bayram günləri Ağdamdakı qohumlarla görüşürük, müəllimlərimin evini ziyarət edirik. Bakıya qayıdan zaman Atam Anam öyüd nəsihət edirlər, deyirlər ki, nəvələri tez-tez gətirək.

Ağdamdan Bakıya gələndə yol üstü dayanıb Kəhriz suyu ilə əl-üzümüzü yuyub: Biz bir də qayıdacağıq Ağdam deyəcəyik.