vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MEDİA-QHT  
18:10 | 28 fevral 2014 | Cümə Məqaləyə 2932 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kitabı dirildən nəşriyyatı boğurlar»

«Qanun» nəşriyyatı 150 min manat cərimə edilib

Misranə HƏSƏNZADƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

««Qanun» nəşriyyatı 150 min cərimə edilib. Mən də şahid qismində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsinə çağırılmışam. Eyni zamanda Vergilər Nazirliyi əməkdaşlarının zorakı yolla sənədlərimizi müsadirə etməsinin qanunsuz hesab edilməsi barədə məhkəməyə müraciətimizdə təmin edilmədi».

Bunu Modern.az-a açıqlamasında nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu bildirib. «Kitabı dirildən yeganə nəşriyyatı boğurlar. Belə bir nəşriyyatı məhv etməkdə məqsəd nədir? Kimin ərazisinə girmişik, kimə mane oluruq?!», – deyə nəşriyat direktoru qeyd edib.