vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
13:11 | 3 aprel 2019 | Çərşənbə Məqaləyə 3222 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İki qurum bir vəsiqəni düzəldə bilmədi

Yaxud dövlət komitəsi ilə icra hakimiyyəti arasındakı müəmma ...

RƏSUL

MÖVZU İLƏ ƏLAQƏLİ

Problemin təsviri bir qədər uzun olacaq, lakin ətraflı yazmağa məcburam...

Bəli, məsələ də ondadır ki, üzləşdiyim problem müəmmaya dönüb. Təfsilatını yazım.

Bu ilin fevral ayının 5-də məcburi köçkün vəsiqəmi dəyişmək üçün Xətai Rayon İcra Hakimiyyətinin Qaçqın və məcburi köçkünlərlə iş şöbəsinə sənədlərimi təqdim etdim. Qeyd edim ki, vəsiqəmdə möhür vurmaq üçün səhifələr dolduğu üçün onu dəyişmək zəruri idi. Hər il məcburi köçkünlər vəsiqələrinə möhür vurdurmalıdır. İcra Hakimiyyətində vəsiqənin ay yarımdan sonra hazır olacağını bildirdilər.

Bir ay iyirmi üç gündən sonra vəsiqəmi almaq üçün Xətai Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinə getdim. Şöbənin əməkdaşı protokol üzrə göndərilən sənədlərin gəldiyini, mənim vəsiqəmin onların arasında olmadığını dedi. Bir həftədən sonra, bu həftənin ikinci günü (aprelin 2-də) təkrar zəng vurdum həmin şöbəyə. Yenə vəsiqənin hazır olmadığını bildirdilər və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Status şöbəsinə müraciət etməyimi məsləhət bildirdilər. Həmin şöbəyə zəng vurdum. Status şöbəsindən mənə verilən cavab bu şəkildə oldu: Sizin vəsiqə hazırdır və bizdədir. Vəsiqələrin təkrar verilməsi zamanı məcburi köçkün olan vətəndaş vəsiqəni Dövlət Komitəsindən götürülməlidir. İş günləri saat 9:00-dan 13:00-dək vəsiqənizi götürə bilərsiniz.

Bu gün (aprelin 3-də) Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Status şöbəsinə getdim. Bu dəfə cavab fərqli oldu: Sizin vəsiqə mart ayının 15-də Xətai Rayon İcra Hakimiyyətinə göndərilib. Sənədləri bizdən icra hakimiyyətinin müvafiq şöbəsinin müdiri Abbas müəllim götürüb.

Komitənin əməkdaşından “Axı dünən vəsiqəmin sizin şöbədə olduğunu dediniz mənə. İndi niyə İcra Hakimiyyətinə göndərildiyini deyirsiniz?” soruşanda, həmin şəxs israrla vəsiqəmin icra hakimiyyətinə göndərildiyini bildirdi.

Təkrar İcra Hakimiyyətinə zəng elədim. Yenə vəsiqənin onlarda olmadığını, Komitənin Status şöbəsinə müraciət etməyimi bildirdilər. İcra hakimiyyətinin əməkdaşına Komitədən zəng etdiyimi, vəsiqənin onlara göndərildiyini dedim. Bu dəfə əlaqə nömrəmi aldılar, nə zaman cavab verəcəklərini söyləmədilər.

Üzləşdiyim bu müəmmalı vəziyyətin araşdırılması üçün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev ilə görüşmək istədim. Polisin İbrahim Mirzəyevə telefon zənginə cavab olaraq, mətbuat xidmətinin rəhbəri Komitədə olmadığını, onunla əlaqə saxlayıb, başqa vaxt görüşməyimi məsləhət bildi.

İbrahim Mirzəyevin telefon nömrəsini isə təbii ki, polis mənə vermədi, mənim də nömrəmi almadı.

İndi bu müəmmalı vəziyyətin nə qədər davam edəcəyini, problemin necə həll olunduğunu bilmirəm. Bu qədər xırda məsələni hər iki dövlət qurumu niyə bu qədər böyük problemə də çevirdiyini anlaya bilmirəm.