vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
12:12 | 9 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 4395 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Minlərlə əsgərimiz Qarabağda boş yerə öldü...”

İşğalçının məzarı səngər olacaq...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan baş nazirinin arvadı, jurnalist Anna Akopyan ABŞ-a səfəri zamanı “Amerikanın səsi”nin erməni xidmətinə müsahibəsində özünün “Qadınlar sülh naminə” təşəbbüsü haqda danışıb. Və etiraf edib ki, minlərlə erməni əsgəri Azərbaycan ərazilərini işğal edərkən mənasız yerə həyatlarını itiriblər.

Anna Akopyan deyib ki, onun çağırışı atəşkəsin qorunması naminə təkcə azərbaycanlı qadınlara deyil, Qarabağ münaqişəsinin “bütün tərəflərinə” yönəlmişdi.

“Bu, ona görə lazımdır ki, sərhəddə (təmas xətti-red.) dayanan həm erməni, həm azərbaycanlı əsgərlər həlak olmasınlar. Bizim təşəbbüsümüzün yeganə mənası əsgərlərin həyatını qorumaq və onları boş yerə qurban verməməkdir. Çünki illər boyu davam edən qarşıdurma ərzində hər iki tərəfdən çoxsaylı qurbanlarımız olub. Minlərlə qurban var, amma biz onları boş yerə vermişik, çünki həmin qurbanlar bizi münaqişənin nizamlanmasına bir santimetr də olsun yaxınlaşdırmayıblar, əksinə, uzaqlaşdırıblar. Çünki nifrətin hökm sürdüyü şəraitdə biz münaqişənin həllini tapa bilmərik”, - o bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, “erməni əsgərləri ölmək istəmirlərsə, torpaqlarımızdan çıxıb getsinlər”. İşğalçını məhv etmək Azərbaycan ən doğal haqqıdır.