vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
20:44 | 15 aprel 2019 | Bazar ertəsi Məqaləyə 2353 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada fəlakət

Avropada ən çox ziyarət edilən, qitənin ən qədim abidələrindən olan Notr-Dam kilsəsi yanır

Dünən gecə Fransanın paytaxtı Parisdə “Notr Dam” (Notre-Dame) kilsəsində yanğın başa verib.

Avropada ən çox ziyarət edilən yerlərdən biri olan tarixi “Notr Dam” kilsəsində bərpa işlərinin aparıldığı hissədə yanğın çıxıb. Yanğın nəticəsində kilsənin damı tamamilə dağılıb.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları 8,5 saata yanğını nəzarət altına ala biliblər.

Yanğında 93 metr hündürlüyündəki qüllələrdən biri və tikilinin damı tamamilə çöküb. Təxminən 500 yanğınsöndürənin müdaxilə etdiyi yanğında, gərgin əmək sayəsində şimal zəng qülləsi ilə əsas bina xilas edilib.

Yanğını bir “faciə” olaraq xarakterizə edən Fransa Prezidenti Emmanuel Makron, “Fəxr edək, çünki bu kilsəni 800 ildən daha uzun bir müddət öncə biz inşa etdik və əsrlər boyu böyüdüb inkişaf etdirmişik. Kilsəni yenidən inşa edəcəyik”, - deyib.

Yanğının səbəbi bilinməsə də yanğınsöndürmə rəsmiləri yanğının, “yəqin ki”, 6 milyon avroluq bərpa işlərindən çıxmış ola biləcəyini bildirib.

Fransanın simvolu olaraq göstərilən və müharibələrə baxmayaraq ayaqda qalan dünya şöhrətli 856 illik kilsəninn böyük  zərər görməsi, fransızlar qədər digər avropalıları da kədərləndirib.

Avropalı liderlər kədərlərini dilə gətirərkən, Fransada tarixi əsərlər ilə bağlı işlər görən İrs Fondu, kilsənin bərpası üçün milli yardım kampaniyası başlanılacağı bildirib.

Fransanın milyarder Pinault ailəsi, yeni inşa işləri üçün 100 milyon avro ianə edəcəyini bildirib.

“Notr Dam” kilsəsi, 850 ildən artıq tarixi ilə Xristianlığın bu ölkədəki simvolu kimi göstərilir. “Notr Dam”ın əsası 1163-cü ildə III Papa Aleksandr tərəfindən qoyulub.

Xüsusilə Fransa İnqilabı dövründə ciddi zərər görən kilsədə bir neçə dəfə bərpa işi aparılıb.

Məryəm Anaya həsr olunmuş “Notr Dam” kilsəsi, naxışlı pəncərə şüşələri, heykəlcikləri və kəmərli dayağı ilə ən çox turist qəbul edən məkanlardan biri kimi tanınır.

Kilsədə “Məryəm Ana” heykəli ilə yanaşı, “Gül Pəncərələr”, müxtəlif sənət əsərləri, nəhəng zənglər, qalıqlar və Orta Əsrdən qalma mebellər var.