vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
11:57 | 22 aprel 2019 | Bazar ertəsi Məqaləyə 2448 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qiymət 74 dolları keçdi

Neft bazarı ABŞ sanksiyaları ilə fontan vurdu

Dünya bazarında neft qiymətləri yüksəlməkdə davam edir.“Brent” neftinin qiyməti yenidən 74 dolları keçib. Bakı vaxtı ilə saat 11:50-də Brent neftinin qiyməti 3 faiz bahalaşma ilə 74,12 dollar təşkil edib.

Səhər saatlarında “Brent” neftin qiyməti 74,27 dolları görmüşdü.

ABŞ rəhbərliyinin bəzi ölkələrə İrandan neft alışı üçün verdiyi möhləti uzatmayacağı barədə xəbərin ardından neft qiymətləri təxminən 6 ayın ən yüksək səviyyəsinə qalxıb.

Mövzu haqqında məlumata malik dörd mənbəyə görə, bazar ertəsi günü ABŞ-ın Xarici işlər naziri Mayk Pompeo, İrandan neft idxalına görə bəzi ölkələrə verilmiş azadolmanın (möhlətin) uzadılmayacağı barədə qərarı açıqlayacaq.

İrandan neft idxalı üçün aralarında Türkiyənin də olduğu 8 ölkəyə 2018-ci ilin Noyabr ayında verilən və müddəti Mayın 2-də başa çatacaq möhələtin uzadılmayacağı qeyd edilir.  ABŞ Noyabr ayında Çin, Cənubi Koreya, Hindistan, İtaliya, Yaponiya, Tayvan, Yunanıstan və Türkiyəyə 180 gün möhlət vermişdi. Bu ölkələr ABŞ sanksiyalarından müvəqqəti azad edilmişdi.

Bu il neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatlarını azaltmaları, ABŞ-ın İran və Venesuelaya qarşı sanksiyaları, Liviyada hasilatın azalması və ABŞ-da istehsalın artmasının səngiməkdə olduğuna dair işarələr ilə təxminən 40 faiz bahalaşıb.

ABŞ rəhbərliyinin bəzi ölkələrə İrandan neft alışı üçün verdiyi möhləti uzatmayacağı barədə xəbərin ardından neft qiymətləri təxminən 6 ayın ən yüksək səviyyəsinə qalxıb.

“Brent” neftinin qiyməti Londonda “ICE Futures Europe” birjasında 2.34 dollar artaraq barreli 74.31 dollara qədər qalxdıqdan sonra 73.75 dollara gəlib. 

Qərbi Texas nefti (WTI) “Nymex” birjasında 1.87 dollar bahalaşaraq barreli 65.87 dollara qədər qalxıb.