vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
18:29 | 22 aprel 2019 | Bazar ertəsi Məqaləyə 925 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna bundan sonrasını düşünür

Zelenskinin daxili və xarici siyasəti necə olacaq?

Elxan ŞAHİNOĞLU

Vladimir Zelenskiy Ukraynanın prezidenti seçildi. Bu gözlənilən idi. Bütün rəy sorğuları seçkinin birinci və ikinci turundan əvvəl Zelenskinin xeyrinə idi.

Petro Poroşenko niyə məğlub oldu?

 

Petro Poroşenko prezident seçiləndə Ukraynanı dağılmış vəziyyətdə qəbul etmişdi. Krım artıq ilhaq olunmuş, Donbasın yarısından çoxu işğal olunmuşdu. Bundan başqa ordu və təhlükəsizlik sistemi dağılmışdı. Çünki, keçmiş prezident Viktor Yanukoviçin dövründə Ukrayna ordusunun və təhlükəsizlik isteminin idarəetməsi Rusiya kəşfiyyatının nəzarətində idi. Yanukoviç ölkəni tərk edən kimi həm ordu, həm də təhlükəsizlik sistemi dağıldı. Odur ki, Poroşenkonun prezident vəzifəsində ilk işi ordunu və təhlükəsizlik sistemini qurmaq oldu. Poroşenko buna ağır əziyyətlə nail oldu.

Buna baxmayaraq, Petro Poroşenko iqtisadiyyatdakı və sosial sahədəki ağır problemləri həll edə bilmədi, milli pul vahidi dəyərdən düşdü. Ukraynanın borcları artdı, dağılmış sənayeni bərpa etmək mümkün olmadı. Petro Poroşenkonun dövründə Ukraynanı tərk edənlərin də sayı artdı. Bundan başqa yeni qurulan Ukrayna ordusu Donbasda ağır məğlubiyyətlərlə üzləşdi, ordu Debaltsevo məntəqəsində ağır itkilər verdi. Poroşenko insanların çox arzuladığı oliqarxik sistemə son qoya bilmədi. Bəlkə də bu onun imkanı xaricində idi. Çünki birincisi özü də oliqarxdır və əlindəki maliyyə imkanlarından imtina edə bilməzdi. İkincisi Ukraynada oliqarxik sistem müstəqillik illərindən qurulub və bunu neytrallaşdırmaq ən güclü prezidentin belə imkanı xaricindədir. Oliqarxlar öz adamları vasitəsilə ölkədə mümkün olan hər şeyə nəzarət edirlər. Bütün bunlar Poroşenkonun reytinqinə mənfi təsir etdi.

 

Vladimir Zelenskiy niyə qələbə çaldı?

 

Zelenskiy artist və yumoristik proqramın aparıcısı kimi məşhurluq qazanıb. Zelenskinin yeganə üstünlüyü onda idi ki, nə qədər əcaib səslənsə də, siyasətçi deyil. Ukraynalıların böyük əksəriyyəti mövcud idarəetmədən və siyasətçilərdən beziblər, çünki verilən vədlər yerinə yetirilməyib. Ona görə də vətəndaşlar yeni simaya üstünlük verməyə qərar verdilər. Birinci turdan sonra Poroşenko rəqibindən geri qalırdı, ancaq kiçik ehtimal var idi ki, prezident debatda fərqi aradan qaldıracaq. Alınmadı. Əksinə artist debatda Poroşenkonu zəif nöqtələrdən vurdu.

Bundan sonra nə baş verəcək? Zelenskinin daxili və xarici siyasəti necə olacaq?

Birincisi, Vladimir Zelenskiy oliqarxik sistemi dəyişə bilməyəcək. Bu onun əlində deyil. Əksinə Zelenskiyə kənardan dəstək verən oliqarx İqor Kolomoyski sürgündən qayıdıb yenidən “iş başına” keçəcək. O biri oliqarxlar da fəallaşacaqlar.

İkincisi, Vladimir Zelenskinin dağılmış iqtisadiyyatı düzəltmək üçün milyardlarla dollar investisiyalara ehtiyacı var. Çətin ki, Qərb dövlətləri və beynəlxalq maliyyə instituları həmin milyardları yeni prezidentə versinlər. Poroşenko qərbpərəst siyasətinə rəğmən, istədiyi investitiyaları ala bilmədi. Zelenskiy isə Qərb üçün qara qutudur. Digər tərəfdən Zelenskinin iqtisadi proqramı haqqında da məlumat yoxdur.

Üçüncüsü, Vladimir Zelenskinin Krım və Donbass siyasəti bəlli deyil. Əlbəttə, Zelenskiy Krımın ilhaqını və Donbassın işğalını qəbul etmir. Ancaq Zelenskiy Poroşenkonun Rusiya ilə bağlı sərt siyasətini davam etdirməyə də bilər. Məsələn, Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenskiy ilə görüşmək istəyə bilər. Əgər Zelenskiy Putinin təklifinə müsbət yanaşsa iki hadisə baş verəcək. Ukrayna millətçiləri küçələrə axışacaq və ölkədə növbəti qarşıdurma yaranacaq. Bundan başqa Zelenskinin Rusiya ilə dialoqa başlaması Ukraynanın xarici siyasətində ciddi korrektəyə səbəb olacaq ki, Kremlə də elə bu lazımdır. Rusiyaya qarşı bütün sanksiyalar Ukrayna torpaqlarının parçalanmasına görə həyata keçirilir. Əgər Ukraynanın yeni prezidenti bunu həzm etməyə hazırlaşacaqsa Qərbin Rusiyaya qarşı sanksiyalarının aktuallığı azalacaq. Bu bir sıra Avropa dövlətinin də arzusudur. O da aydındır ki, Vladimir Zelenskiy torpaqları güc yolu ilə geri qaytarmağa hazır deyil. Zelenskiy müharibə istəmir. Prezidentin bu zəifliyi orduda və təhlükəsizlik orqanlarında ona qarşı gizli etirazı artıracaq.

Dördüncüsü, Vladimir Zelenskiy Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, NATO ilə bağlı fərqli siyasət yürüdə bilər. Poroşenkonun NATO-ya üzvlük hədəfi birmənalı idi. Zelenskiy NATO-ya üzvlük hədəfindən yayına bilər ki, bu da Kremlin xeyrinə olacaq.

Beşincisi, Vladimir Zelenskinin ən zəif tərəflərindən biri də onun parlamentdə fraksiyasının olmamasıdır. Ali Radanın böyük səlahiyyətləri var. Ukranyada oktyabr ayında parlament seçkisi keçiriləcək. Zelenski oktaybra qədər hazırki yüksək reytinqini qoruya bilsə, rəhbəri olduğu “Xalqın xidmətçisi” hərəkatını parlamentdə yüksək təmsilçiyini təmin edəcək. Ancaq ona qədər Ukraynada proseslər tərs də gedə bilər. Ukrayna xalqının hər dəfə seçdiyi prezidentlərdən gözləntiləri böyük olduğu kimi onlardan üz döndərmələri də uzun çəkmir. Bunu Ukraynanın yaxın tarixdə örnəkləri az deyil. Zelenskiy siyasətçi olmayan üstünlüyü onun əleyhinə çevrilə bilər. Zelenskinin siyasətdə təcrübəsinin olmaması və komandasındakı fiqurların yanlış qərarları ona baha başa gələ bilər. Onu da unutmayaq ki, Ukraynadakı parlament seçkisinə Rusiya da ciddi hazırlaşır, Ukraynadakı tərəfdarlarının və siyasi qruplarının təmsilçilik hüququnu artırmağı qarşısına məqsəd qoyub.

Biz Zelenskinin Cənubi Qafqaz və Azərbaycan siyasəti haqqında da düşünmək məcburiyyətindəyik. Ukrayna GUAM-ın üzvü kimi Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Ukraynanın keçmiş prezidentlərinin Azərbaycana müsbət münasibətləri olub və Azərbaycanın dəyərini anlayırdılar. Petro Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Yeni prezidentin də bu əlaqələri davam etdirilməsi vacibdir. Bunu Zelenskiyə onun müşavirləri və təyin edəcəyi yeni xarici işlər naziri də anladacaq. Onlar Zelenskinin Azərbaycana ilk rəsmi səfərini də hazırlayacaqlar. Əsas odur ki, Zelenskinin artist dostları arasında ermənilərin çoxluq təşkil etməsinə baxmayaraq, yeni prezident ölkəsinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla strateji əməkdaşlıqdan keçdiyini qəbul etsin.

“Atlas” Araşdırmalar Mərkəzi


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)