vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
18:28 | 21 may 2019 | Çərşənbə axşamı Məqaləyə 2435 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qlobal neft miqdarı tələbi ödəməyə çatır”

OPEC-in 14-cü iclası keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanı, qlobal bazardakı xam neft miqdarının tələbi qarşılayacaq səviyyədə olduğunu və bazalarda xam neft ehtiyatlarının artdığını açıqlayıb.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih, ölkənin qərbindəki Ciddə şəhərində təşkil edilmiş OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında çıxış edib.

Ölkədəki neft təsislərinə son hücumların neft nəqlini təhdid etdiyini, ancaq Səudiyyə Ərəbistanının hasilatına təsir etmədiyini qeyd edən Falih, Səudiyyə Ərəbistanının ortaqlarını hücumları qınamağa çağırıb.

Falih, qlobal bazardakı xam neft miqdarının tələbi qarşılamağa çatdığını hətta neft ehtiyatlarının artdığını qeyd edib.

Keçən çərşənbə axşamı Səudiyyə Ərəbistanında iki neft nasos stansiyasına dron ilə hücum təşkil edilmiş və keçən bazar 2-si Səudiyyə Ərəbistanına aid 4 ticarət gəmisi Birləşmiş Ərəb Əmrliklərinin (BAE) su ərazisi yaxınlığında təxribata uğramışdı.

ABŞ İrandan gələ biləcək təhdidlərə qarşı tədbir məqsədilə “USS Abraham Lincoln” qırıcı gəmisini Hücum Qrupu ilə birlikdə Körfəzə göndərib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon), İranın ABŞ-a aid hədəflərə hücum hazırlığı iddiası ilə “USS Arlington” gəmisinin və bir Patriot hava müdafiə sisteminin də bölgəyə göndərildiyini açıqlamışdır.

Digər tərəfdən, Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) su sahəsində İranın dörd ticarət gəmisinə təxribat etdiyini iddia etmişdi.

Səudiyyə Ərəbistanının Əl-Ərəbiyə televiziyasının xəbərində gəmilərdən ikisinin Səudiyyə Ərəbistanına, digərlərinin də BƏƏ və Norveç-ə məxsus olduğu bildirilmişdi.

Hadisədən sonra ABŞ bölgədə İrana gözdağı vermək üçün F-15 və F-35 təyyarələri ilə uçuşlar reallaşdırmışdı.