vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
18:42 | 21 may 2019 | Çərşənbə axşamı Məqaləyə 2043 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranı tələsik tərk edirlər ...

Məmurların qohumu ölkədən qaçır?

MÖVZU İLƏ ƏLAQƏLİ

“Sky News Arabia” telekanalını xəbərinə görə iranlılar ABŞ-ın “mümkün zərbələrindən” qorxaraq ölkəni tərk etməyə başlayıb. Telekanal iddia edir ki, onlarla ailə İranı tələsik tərk edib və İraqa keçib. Onlar Bağdad ətrafındakı qəsəbələrdən birində məskunlaşıblar.

“Onların arasında İran hakimiyyətinin rəsmi şəxslərinin qohumları da var”, - məlumatda deyilir.

Digər məlumata görə “Exxon Mobil” şirkəti İraqdakı işçilərini evakuasiya edib. Evakuasiya mayın 16-də başlayıb və iki mərhələdə olmaqla 18-də başa çatıb. Təxminən 60-a yaxın neftçinin evakuasiya edildiyi   bildirilir. Bu evakuasiya ABŞ-ın İrandan yarana biləcək təhdidlə bağlı etdiyi xəbərdarlıqdır. Vaşinqton İraqdan diplomatların və onların ailələrinin evakuasiyasını elan edib və bildirilir ki, bu İranla müharibənin yaxınlaşdığını göstərən əlamətdir.

Xatırladaq ki, ABŞ Yaxın Şərq regionuna təyyarədaşıyan, bombardmançılar və desant gəmiləri göndərib.

 

* * *


Səudiyyə Ərəbistanının kralı Salman İranla münasibətlərin kəskinləşməsi fonunda Ərəbistan dünyasının liderlərini Məkkədə fövqəladə sammit keçirməyə səsləyib.

Bu barədə SPA agentliyi krallığın Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.

“İki nəcib tutyanın mühafizi (Səudiyyə monarxının rəsmi titulu) özünün qardaşları Fars körfəzi dövlətləri Şurasının liderlərini iyunun 30-da Məkkədə iki fövqəladə sammit keçirməyə dəvət edir”, - deyə məlumatda bildirilir.