vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
18:52 | 28 may 2019 | Çərşənbə axşamı Məqaləyə 741 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

600 milyard dollar

ABŞ - Çin ticarət müharibəsinin qlobal ziyanı

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bloomberg”in iqtisadçıları tərəfindən, ABŞ və Çin ticarət gərginliyinin davam etməsi vəziyyətində, qlobal itkinin 600 milyard dollar olacağı nəzərdə tutulur.

ABŞ-Çin ticarət müharibəsi təhlükəli bir mərhələyə keçib. Əlavə gömrük vergiləri və təhdidlər gedərək artır.

“Bloomberg”in iqtisadçıları Dan Hanson və Tom Olrik “Bloomberg Economics”in ssenarilərini hazırlayıblar.

Əgər; əlavə gömrük vergiləri bütün ABŞ - Çin məhsullarını əhatə edərsə, bazarlar cavab olaraq ani və kəskin düşərsə, qlobal iqtisadiyyat 2021-ci ildə 600 milyard dollar azala bilər.

Mayın 10-unda ABŞ 250 milyard dollarlıq Çin məhsullarına tətbiq olunan vergini 25 faizə yüksəltmişdir.

Eyni zamanda ABŞ bir ticarət sazişi bağlamaması vəziyyətində bütün Çin məhsullarının idxalına 25 faiz vergi tətbiq etməklə Çini təhdid edib. Çinli bir TV Spikeri vəziyyəti "Danışmaq istəyirsinizsə, qapı açıqdır. Döyüşmək istəyirsinizsə, sonuna qədər mübarizə aparacağıq" deyib.

2021-in ortalarında gömrük tariflərinin qarşılıqlı olaraq 25 faizə yüksəldildiyi ssenaridə; Çinin istehsalının 0,8 faiz, ABŞ-ın 0.5 faiz və dünyanın 0,5 faiz düşəcəyi nəzərdə tutulur.

Hazırda maliyyə bazarları ticarət müharibəsilə dalğalanır. Sərmayəçilər hələ də bir razılaşma olacağına ümid edirlər.

Əgər səhv düşünülərsə və Apple kimi dəyəri yüksək olan şirkətlər əlavə gömrük vergilərindən zərər görərsə, maliyyə bazarlarında çöküş ehtimal olunur.

Hanson və Orlikinin kabus ssenarisi 25 faizə yüksəldilmiş əlavə gömrük vergiləri ssenarisində qlobal miqyasda səhmlərin ortalama 10 faiz ucuzlaşdığı ssenarisidir.

Bu vəziyyətdə 2021-in ortalarında Çin iqtisadiyyatı 0.9 faiz, ABŞ iqtisadiyyatı 0.7 faiz və qlobal iqtisadiyyat 0.6 faiz azala bilər. Birjaların düşməsilə sərmayə və istehlak xərcləri də geriləyə bilər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *