vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
18:44 | 28 fevral 2014 | Cümə Məqaləyə 2582 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Derbidə ara qarışdı

Abdullayev oyunu saxladı, «Qarabağ»ın qolu sayılmadı

MÖVZU İLƏ ƏLAQƏLİ

Hazırda davam edən Topaz Premyer Liqasının 24-cü turunun «Neftçi» - «Qarabağ» qarşılaşmasında ara qarışıb. Futbolinfo.az xəbər verir ki, ev sahibi komandanın yarımmüdafiəçisi Araz Abdullayev ilk saatın tamamında ardıcıl olaraq Riçard Almeyda və Maksim Medvedevə qarşı kobudluqdan sonra baş hakim Vüsal Əliyev tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.

Hər şey də bundan sonra başlayıb. «Neftçi» futbolçuları yan xətt hakimi, eləcə də baş hakim Vüsal Əliyevlə uzun-uzadı mübahisəyə girişiblər. Belə ki, təxminən 5 dəqiqəyə yaxın oyunda fasilə yaranıb. Mübahisələrdə komandanın məşqçilər korpusu, ehtiyat oyunçuları da iştirak ediblər. Amma PFL-in mühafizəçiləri, eləcə də asayiş keşikçiləri dava-dalaşa imkan verməyiblər.

Yaranmış fasilə zamanı «Qarabağ» cərimə zərbəsi yerinə yetirərək 3-cü qolunu vurub. Lakin Muarem Muaremin vurduğu bu qol qeydə alınmayıb. Diqqətçəkən məqamlardan biri odu ki, bu epizodda qonaqların kapitanı Rəşad Sadıqov da baş hakimə yaxınlaşaraq qolun qeydə alınmamasını istəyib. Çünki «Neftçi» futbolçularının Vüsal Əliyevlə mübahisəsinin başa çatmadığı bir vaxtda qırmızı vərəqə almış Araz Abdullayev də meydanı tam tərk etməmişdi.