vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
19:29 | 16 iyun 2019 | Bazar Məqaləyə 1811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İstanbul kimin olacaq?

İldırım və İmamoğlunun savaş kimi debatı

SEVİNC

MÖVZU İLƏ ƏLAQƏLİ

23 iyunda baş tutacaq İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkiləri ilə bağlı Cümhur İttifaqının AKP-li namizədi Binəli İldırımla Millət İttifaqının CHP-li namizədi Əkrəm İmamoğlu bu gün canlı yayımlanacaq olan bir dartışma proqramına birlikdə qatılacaq.

Türkiyə mediası xəbər verir ki, beləliklə Türkiyədə təxminən 20 ildən bəri ilk dəfə bir seçki öncəsində iki namizəd qarşılıqlı olaraq layihələri barədə danışıb, bunu müzakirə edəcəklər.

Dartışma verilişi ilə bağlı detalları və gözləntiləri ümumiləşdirdik:

 

Dartışma saat neçədə və hansı kanaldadır?

 

Bazar günü, yəni, bu gün təşkil olunacaq dartışma proqramının saat 21.00-da ( Bakı vaxtı ilə 22.00-da) başlayacağı açıqlandı. İstanbul Lütfi Kırdar Kongres Mərkəzində gerçəkləşdiriləcək olan yayını bütün televiziya kanalları yayınlaya biləcək.

Verilişin texniki potensialı və heyəti də AKP və CHP tərəfindən təmin olunacaq.

 

Moderator kim olacaq?

 

Dartışma verilişinin moderatoru “Fox TV”dəki “Çalar saat” verilişinin aparıcısı İsmayıl Küçükkaya olacaq. Daha öncə moderatorluq üçün Uğur Dündarın adı hallanmış, fenomen qəzetçi də öncə bu təklifi qəbul etmiş, amma daha sonra aşağıdakı açıqlamanı vermişdi: “Moderatorluğum üzərindən hər iki namizədə və demokratiyamıza zərər verə biləcək bir sıra hazırlıqlar aparıldığını görürəm. Bu səbəbdən də 50 ildir qarşılıq gözləmədən bağlı qaldığım bəşəri yayınçılıq prinsiplərini əsas götürərək, moderatorluq etməməklə bağlı aldığım qərarı cəmiyyətə sayğı ilə çatdırıram”.

 

Dartışmanın formatı nə olacaq?

 

İsmayıl Küçükkaya keçən həftə “Habertürk” Televiziyasına müsahibəsində dartışma proqramında tətbiq olunacaq formatla bağlı məlumatlar verib və hər iki namizədə fərqli sualların yönləndiriləcəyini deyib.

İ.Küçükkaya “Eyni sualları iki namizədə verə bilmərəm. Bəzi suallar İmamoğluna, bəzi suallar isə İldırıma” demişdi. Küçükkaya eyni zamanda sualların yayın başlayana qədər iki namizəd tərəfindən də bilinməyəcəyini, özünün hazırlayacağı sualları başqalarıyla da paylaşmayacağını deyib.

Küçükkaya namizədlərlə görüşlərin davam etdiyini, özünün isə ümumən 20 sual verməyi planlaşdırdığını açıqlayıb.

 

Dartışma proqramı nə qədər davam edəcək?

 

AKP və CHP-dən verilən açıqlamalarda həmçinin bildirilmişdi ki, dartışma müddətinin ucu açıq buraxılacaq. Amma İsmayıl Küçükkaya hər iki namizədə də ayrı-ayrılıqda 45 dəqiqə müddət verməyi planladığını qeyd edib.

Əkrəm İmamoğlu isə verilişə 10 dəqiqəlik reklam fasiləsi veriləcəyini demişdi. Bu vəziyyətdə dartışmanın reklam arası ilə birlikdə 1 saat 40 dəqiqə davam etməsi gözlənilir.

 

Namizədlər canlı yayına necə hazırlaşdı?

 

CHP rəhbərliyi İmamoğlunun İldırım ilə qatılacağı veriliş öncəsində qəzetçi və ya televiziyaçılıq təcrübəsi olan millət vəkillərini, yayın hazırlıqlarında yardımçı olmaq üzrə İstanbulda təlimatlandırdı. Bu şəxslər veriliş zamanı da, yayın aparılan yerdə hazır gözləyəcəklər.

İmamoğlunun televiziya verilişində qısa bələdiyyə sədrliyi dönəmində həyata keçirdiyi layihələrlə yanaşı, yeni layihələri barədə də danışması nəzərdə tutulur. CHP, İldırımın uzun müddətdir İstanbul siyasətindən uzaq olmasını da üstünlüyə çevirməyi hədəfləyir.

AKP-də isə İldırımın soyuqqanlılığı, siyasi təcrübəsi və zarafatcıl xarakteri, televiziya verilişi üçün avantaj olaraq görülür. Moderatorun müəyyənləşməsində təsirə malik olan Binəli İldırımın bu səbəbdən iqtidara yaxın media qurumlarından moderator yerinə, xüsusən daha müxalif bir şəxsi tərcih etdiyi, bu tövrüylə də əslində özünə arxayınlığını ortaya qoyduğu iddia edilir.

İldırımın bu addımla “istədiyiniz zəmində, istədiyiniz şəxslərlə dartışmaya hazıram” mesajı verərək, eyni zamanda seçki müddətində zərərçəkmişliyini ön plana çıxaran İmamoğluna yönəlmiş bu təəssüratı dağıtmağı hədəflədiyi də səslənən versiyalar sırasındadır. Bu səbəbdən də Dündarın moderatorluğu rədd etməsi AKP-də xəyal qırıqlığı yaratmış kimi görünür.

 

İsmayıl Küçükkaya kimdir?

 

Keçək verilişin moderatorluğunu həyata keçirəcək İsmayıl Küçükkayanın kimliyinə. Qərarın açıqlanmasından sonra İ.Küçükkaya Türkiyədə Google vasitəsilə adı ən çox axtarılan şəxs olub. O, 1972-ci ildə Kütahya Simavda dünyaya gəlib. İlk və orta təhsilini Kütahyada görən Küçükkaya universitet təhsilini isə Gazi Universitetinin Qəzetçilik fakültəsində tamamlayıb. Küçükkaya qəzetçilik karyerasına 1991-ci ildə “Hürriyyət” qəzetində jurnalistlik edərək başlayıb.

“Hürriyət”dən sonra “Sabah” və “Star” qəzetlərində də çalışıb. 2000-ci ildə “Axşam” qəzetində köşə yazarlığı etməyə başlayıb. 2003-cü ildə isə köşə yazarlığı ilə yanaşı, “SkyTürk TV” Ankara Təmsilçisi olaraq çalışmağa başlayıb.

6 ildir Fox TV-də veriliş aparır.

İ.Küçükkaya, 2005-2008 dönəmində “Axşam” qəzeti Ankara təmsilçisi olaraq çalışıb. 2008-ci ildə eyni qəzetin baş redaktoru olub. Küçükkaya, 2013-cü ilin iyun ayında Gəzi Parkı etirazlarının ardınca vəzifəsindən çıxarılıb. 2013-cü ilin sentyabr ayından bu günədək “Fox TV”də “Çalar Saat” adlı verilişi aparan Küçükkaya eyni zamanda iki kitabın da müəllifidir.

Küçükkayanın kitabları: 2008-ci ildə yayınlanan “Cümhuriyətimizə dair” və 2012-ci ildə yayımlanan “Cümhurriyyətin ilk yüzili”.