vaxtlı-vaxtında oxuyun! Cümə, 19 iyul 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
21:56 | 16 iyun 2019 | Bazar Məqaləyə 382 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aciz İrəvan

Ermənilərin Qarabağ yalanına ağır zərbə

MÖVZU İLƏ ƏLAQƏLİ

Başa çatmaqda olan həftə Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın və onun diplomatiyasının xeyrinə çox mühüm bir gəlişmə ilə yadda qaldı. Belə ki, Fransa məhkəmələri vaxtilə bu ölkənin şəhərləri ilə işğal altında olan Dağlıq Qarabağdakı yaşayış məntəqələri arasında imzalanmış “dostluq memorandum”larını bir-birinin ardınca ləğv elədi. Proses davam edir.

Bu, şübhə yox ki, Azərbaycanın milli maraqlarına cavab verən hadisədir. Çünki söhbət beynəlxalq hüququn aliliyinin əsas götürülərək qanunsuz anlaşmaların ləğv edilməsindən, Dağlıq Qarabağdakı separatçı qurumun beynəlxalq hüququn subyekti olmamasının təsbitindən gedir.

Məsələnin özəlliyi həm də ondadır ki, Fransa ATƏT-in üç həmsədrindən biri və erməni lobbisinin ən güclü olduğu dövlətdir. Ermənistan hətta Fransanın “kiçik bacısı” hesab olunur. Düşmən tərəfin ən böyük təlaşı da onunla bağlıdır ki, əgər Azərbaycan diplomatiyası və lobbisi Fransa kimi ermənipərəst, ən böyük erməni etnosunun kök saldığı bir dövlətdə də Qarabağ gerçəyini qəbul etdirə bilirsə, işğalçının Qarabağ yalanlarına zərbə vurursa, o zaman başqa Avropa dövlətlərində buna daha asan nail ola bilər. Yəni presedent məsələsi.

“Görünür ki, bu, özündə potensial təhlükə daşıyan çox yaxşı təşkil olunmuş kampaniyadır”. Bu barədə İrəvandakı “Alternativ layihələr” qrupunun üzvü Vaqe Ovannisyanın yaydığı bəyanatda deyilir.

“Ermənistanda bu problemlə kim məşğul olur – hüquqi elita, diplomatik elita, yoxsa kim? Ümumiyyətlə, kimsə gedən prosesdən xəbərdardırmı? Kimsə hesablayıbmı ki, bu, başqa Avropa Birliyi ölkələri üçün də presedent rolu oynaya bilər və biz blokadanın yeni səviyyəsinə tuş gələ bilərik?”, - deyə bəyanatda narahatlıqla qeyd olunur.

Öz növbəsində  1in.am erməni portalı bu xüsusda yazır: “Bizdə olan məlumatlara görə, bu günlər Azərbaycan Fransada nəhəng diplomatik və lobbi işi həyata keçirir. Bunu da onunla əsaslandırır ki, Fransa Minsk Qrupunun həmsədri kimi vasitəçilikdə balansı gözləməlidir, guya belə memorandumlar bu balansın xeyrinə işləmir”.

Dağlıq Qarabağdakı qondarma qurumun üzdəniraq “xarici işlər nazirliyi”nin nümayəndəsi Artak Nersisyan baş verənlərin təəssüf doğurduğunu vurğulayaraq deyib: “Bu, Fransa məhkəməsinin qərarlarını “arsax”ın izolyasiya siyasətinə dəstək sayan Azərbaycan üçün yanlış siqnal ola bilər. Hadisələrin bu cür inkişafı erməni ictimaiyyətində narahatlıq yaradır və Dağlıq Qarabağ konfliktinin nizamlanmasında Fransanın neytral vasitəçi kimi mövqeyinə kölgə salır”.

Separatçının iddiasına görə, guya “arsax” şəhərləri ilə Fransa şəhərləri arasında əməkdaşlıq Fransanın nə beynəlxalq öhdəliklərinə, nə də Dağlıq Qarabağ məsələsində vasitəçilik səylərinə mane olur.

Politoloq Ruben Miqranyan isə hesab edir ki, yaranmış vəziyyət erməni diplomatiyasının problemlər yaşadığından xəbər verir: “Hərçənd burada nəyisə dəyişmək çox çətindir. Ona görə ki, Fransa demokratik ölkədir və qərarları da məhkəmə hakimiyyəti verib. Bununla belə, düşünürəm ki, Fransa təşkilatları hüquqi, məhkəmə hüquq-sistemi ilə iş aparmalıdır. Enində-sonunda bununla bağlı problem mövcuddur. Nədən ki, “arsax” izolyasiyada qala bilməz”.

Erməni siyasi şərhçinin sözlərinə görə, Azərbaycan diplomatiyasının fəaliyyəti məhz buna yönəlib: “Mən həmçinin hesab etmirəm ki, bizim xarici işlər nazirliyimiz rəsmi səviyyədə və publik olaraq bununla bağlı nəsə edə bilər. Ona görə ki, bu, Fransa dövlətinin məhkəmə hakimiyyətinin qərarıdır. Əgər Fransa XİN-ə müraciət edilsə, bununla heç nə dəyişməyəcək. Lakin mən düşünmürəm ki, bu, Ermənistanın əleyhinə olan addımdır. Sadəcə, Azərbaycan yaxşı diplomatik və lobbi fəaliyyəti həyata keçirib”.

Digər erməni politoloqu Levon Şirinyana görə isə, baş verənlərdən nəticə çıxarılmalı və konkret iş görülməlidir: “Azərbaycanlı – azərbaycanlıdır. Onlar öz hədəflərinə çatmaq üçün balta lazımdırsa balta ilə, silah lazımdırsa silahla, pul lazımdırsa pulla mübarizə aparırlar. Bəs bizim işimiz nə olmalıdır? Biz dəqiq işləməliyik ki, onlar uğura nail ola bilməsinlər. Baş verənlər bizə daim mübarizənin içində olmağımız haqda siqnal olmalıdır. Bizə qarşı çox yaxşı təşkilatlanmış, pis niyyətli türk etnosu mübarizə aparır. O da var ki, söhbət Fransadan gedir. “Azadlıq, bərabərlik, qardaşlıq”! ümumdünya şüarını ilk dəfə elə fransızların özləri elan ediblər. Belə çıxır, Fransa öz ideallarından imtina edir?”

Əlbəttə ki, yox. Çünki Fransa azadlıq, bərabərlik və qardaşlıq kimi ümumbəşəri dəyərləri şüar kimi elan edib, separatçılıq, etnik təmizləmə, soyqırımı yox? Erməni toplumu, onun öndə gedən siyasiləri və “ziyalıları”, Levon Şirinyan kimi başabəla erməni ekspert-politoloqlar nə qədər ki, bu bəsit fərqi anlamayıblar, yaxud anlamaq istəmirlər, nə qədər ki, erməni toplumu qlobal güclərin əlində başqa xalqlara qarşı maşa olmağa məmnuniyyətlə razı olacaq, Dağlıq Qarabağdakı ermənilərin də, Ermənistan ermənilərinin də iztirabları bitməyəcək. Hətta Qarabağ ixtilafı çözülsə belə...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *