vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜBAHİSƏ  
00:48 | 1 mart 2014 | Şənbə Məqaləyə 3403 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Millət vəkillərinin Gülən üzü

Və ya nurçu deputat ovu

vaxt.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı millət vəkillərinin Fətullah Gülənin nurçu hərəkatına bağlı olması, birdəfəlik 100 min manat, aylıq isə 5 min manat alması haqda müzakirələr getdikcə qızışır.

Hələ ki, Fətullah Gülənə işlədiyi iddia olunan millət vəkillərindən Qənirə Paşayevanın, Fazil Mustafanın və Ceyhun Osmanlının, Fuad Muradovun adı məlumdur. Bu siyahıya yaxın günlərdə daha üç millət vəkilinin adının əlavə olunacağı deyilir. Həmin millət vəkillərindən birinin mətbu orqan idarəetməsi ilə məşğul olduğu, mətbu orqanların əsas sahibi olan nazirin isə nurçu iş adamlarının istehsal etdiyi məhsulların media vasitəsi tanıdılmasına və reklamına görə külli miqdarda pul aldığı iddia edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Rafiq Əliyevin fikrincə, nurçular hazırda yüksək postlarda mövqelərini gücləndirib. Millət vəkilləri, hətta nazirlərdən də nurçu hərəkatının maliyyəsində yararlananlar var. Maliyyə alanlar isə Fətullah Gülənin ideologiyasını yaymaq və Azərbaycandakı gücünü artırmaq üçün var gücü ilə çalışır.

Hətta bir neçə il əvvəl yerli mətbuatda «Fətullah Gülənin mənəvi oğlu» kimi adı hallanan millət vəkili Fazil Mustafa da Nurçu hərəkatı ilə əlaqəsi olmadığını deyir.

Millət vəkili Fuad Muradov iddia ilə bağlı bildirdi ki, nurçuluq iddiası yalandır. Telekanal belə bir iddia ilə bağlı ondan münasibət öyrənməyib.

1996-cı ildə yaradılan təhsillə bağlı dövlət qurumuna indiyədək Fuad Muradov rəhbərlik edib. Qurum gənclərlə bağlı 60-dək böyük proqram, 200-dək layihə həyata keçirilib. Azərbaycanda nurçu olduğu iddia edilən gənclərin çoxu isə xaricdə təhsil almış gənclərdir.

 

Strateji Araşdırmalar Mərkəzi haqda

Azərbaycanda adı nurçuluqla hallanan təşkilatlardan biri də SAM kimi tanınan Strateji Araşdırmalar Mərkəzidir. Mərkəz məlum olduğu kimi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun kurasiyasındadır.

 

İddiaları əsaslandırarkən

Qənirə Paşayevayevaya gəlincə, onun daha çox təhsil, ədəbiyyat mövzusu ilə nurçu təbliğatı ilə məşğul olduğu iddia edilir. Nurçu Halit Şenin təsisçisi olduğu uşaqlar üçün nəzərdə tutulmuş «Menar» riyaziyyat kursu, radikal nurçu təbliğatı ilə tanınan Samiha Ayverdinin tələbəsi olmuş Cemalnur Sarqutun Bakı səfərlərinin müəllifi də Qənirə Paşayevadır.

Nurçu düşüncəsinin məhsulu olan Şah İsmayıl Xətai düşmənçiliyi haqda «Şah və Sultan» kitabının müəllifi İskəndər Palanın Bakı səfərini də Qənirə Paşayeva təşkil etmişdi.

 

Xocalı soyqırımı və nurçuluq

Fevralın 26-da millət vəkili Qənirə Paşayeva Ankara Qazi universitetində konfrans keçirib. Konfrans Giresun universitetinin rektoru Aygün Əttar tərəfindən təşkil olunub. Konfransın sonlarına yaxın konfransda iştirak edən tələbələr Qənirə Paşayevaya etiraz edib. Qənirə Paşayeva isə açıqlamasında deyir ki, etiraza səbəb onun çıxışı olmayıb: «Tələbələr konfrans başlamazdan əvvəl universitetdaxili problemə görə mübahisəyə başlayıb». Mətbuatda isə tələbələrin etirazına səbəb Qənirə Paşayevanın nitqini çox uzatması deyilir.

Qeyd edək ki, Ankara Qazi universitetindəki tələbələrin çoxu millətçi görüşə sahibdir. Millətçi düşüncəyə sahib olanlar isə Türkiyədə nurçulara qarşı çıxan təbəqənin böyük bir hissəsini təşkil edir.

Ceyhun Osmanlı parlamentdə çıxışları və təklifləri ilə heç vaxt diqqət çəkməsə də, bir həftədir ki, səs yazısı və nurçuluq iddiası ilə mətbuatın gündəmindədir. Ceyhun Osmanlı nurçu məktəbi olan Bakı Özəl Türk Liseyinin məzunudur.

Ceyhun Osmanlı millət vəkili olana qədər təşkil etdiyi gənclər forumu və gənclər üçün nəzərdə tutulmuş təhsil proqramları ilə yadda qalıb. Millət vəkili olduqdan sonra isə onun adı daha çox nurçu maliyyəsinə aid olduğu deyilən «Mado» restoranlar zənciri və «Rahat» marketlər zəncirinin idarəetməsi ilə hallandı.

Ardı var...