vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
11:04 | 20 iyun 2019 | Cümə axşamı Məqaləyə 2158 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyan müharibə istəyir?

Erməni baş nazirin davakar bəyanatı nəyə işarədir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda planlaşdırılmış görüşü ərəfəsində növbəti davakar bəyanatla çıxış edib.

“Sputnik Armeniya”nın məlumatına görə, N.Paşinyan bəyan edib ki, Qarabağda döyüş istənilən vaxt başlana bilər.

Nikol Paşinyan Azərbaycanı,  guya nizamasalma prosesini konstruktiv danışıqlar məcrasından çıxarmağa çalışmaqda ittiham edib və bildirib ki, Ermənistan bu cəhdlərin qarşısını almalıdır.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hazırlıq səviyyəsini daim artırmalıdır.

“Nə Ermənistan, nə də Dağlıq Qarabağ müharibə istəmir, amma heç kim onları müharibə təhlükəsi ilə qorxuda bilməz və bunu başa düşmək vacibdir”, - deyə baş nazir bildirib.

Qeyd edək ki, Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri hazırda Vaşinqtondadır və Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vasitəçiliyi ilə danışıqlar aparacaqlar. Bu danışıqların gündəliyi Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün hazırlanmasıdır.

Vacib danışıqlar ərəfəsində Nikol Paşinyanın sərt ritorikalı çıxışı göstərir ki, o bunda maraqlı deyil və sülh prosesini pozmaq istəyir. N.Paşinyanın hərəkətləri Azərbaycanın tərəfdar olduğu etibar və dialoq platformasının bərpası üzrə səyləri heçə endirir.