vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
16:18 | 20 iyun 2019 | Cümə axşamı Məqaləyə 2683 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Faizin aşağı düşməsi müsbət faktordur”

Nazir dövlət istiqrazlarından danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Maliyyə Nazirliyi dövlət istiqrazlarına tələbin təklifdən dəfələrlə yüksək olması nəticəsində faizlərin aşağı düşməsini müsbət hal kimi qiymətləndirir.

“Maliyyə Nazirliyinin istiqrazları Azərbaycanda vacib alətdir. Ona görə ki, pulun dəyərini müəyyənləşdirən alətdir. İki həftə əvvəl bizim buraxdığımız istiqrazlara tələb yerləşdirilən məbləği 5 dəfə üstələmişdir. Nəticədə 2 illik istiqrazların gəlirliliyi 7 faiz səviyyəsində qərarlaşmışdır. 18 İyun 2019-cu il tarixində Bakı Fond Birjasında keçirilmiş hərracda 1 illik dövlət istiqrazının faiz dərəcəsi 6,6 faiz səviyyəsinə enmişdir. Bunlar kifayət qədər müsbət hallardır. Bu onu gösətərir ki, pul kütləsi olsa da faiz dərəcələri tədricən azalmaqda davam edir. Biz bunu müsbət faktor kimi qiymətləndiririk”,- nazir bildirib.

8 iyun 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0104006744 ISIN kodlu, tədavül müddəti 364 gün olan 25 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. İnvestorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 117 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 25 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 93.8119 (gəlirlilik 6.6326 faiz) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 16 iyun 2020-ci ildir.