vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
10:09 | 24 iyun 2019 | Bazar ertəsi Məqaləyə 1966 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu dəfə 1 milyona yaxın fərqlə

İmamoğlu İstanbulu yenidən qazandı

MÖVZU İLƏ ƏLAQƏLİ

İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində qalib gəmiş Cumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlu səsvermələrdəki müvəffəqiyyətini bütün şəhərin qələbəsi adlandırıb.

Bu barədə o, NTV telekanalının efirində bildirib.

"Bu seçkiləri partiya yox, bütün İstanbul udub. Mən heç kimdən uzaqlaşmadan hamının xeyrinə işləyəcəyəm. Bu mənim bütün həyatımın ən vacib vəzifəsidir. İstanbul merinin bugünkü seçkiləri Türkiyədə demokratik seçki prosesinə böyük töhfə oldu. Qoy seçkilər ölkəmizə firavanlıq gətirsin.

Son nəticələr yalnız protokollarda olacaq, buna görə hamıya müraciət edirəm - prosesin sonuna qədər yerlərdə olmalı və seçki məntəqələrindən getməməli, çünki proses bitməyib", - deyə o, NTV telekanalının efirində bildirib.

Qeyd edək ki, seçki bülletenlərinin 99 faizdən çoxunun hesablanmasına əsasən İmamoğlu 54 faiz səs toplayıb, onun əsas rəqibi, Ədalət və İnkişaf Partiyasından olan namizəd Binəli Yıldırım isə seçkilərdə 45,1 faiz seçicinin səsini toplaya bilib. Yıldırım və Prezident Rəcəb Tayyib Ərdoğan artıq seçkilərdə qələbə münasibətilə İmamoğlunu təbrik ediblər.


*  *  *


20:46


Bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.

Türkiyə mediası bildirir ki, indiyədək bülletenlərin 95,64 faizi hesablanıb. Nəticələrə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 53,73 faiz səslə liderdir. Onun əsas rəqibi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım isə 45,36 faiz səs toplayıb. Hazırda səslərin sayılması davam edir.

Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Əkrəm İmamoğlu qalib elan edilmişdi. Lakin AKP-nin şikayəti əsasında səslər yenidən hesablandı. Daha sonra Türkiyə Ali Seçki Komissiyası İstanbul üzrə bələdiyyə seçkilərinin nəticələrini ləğv etdi və təkrar seçkilər təyin edildi.