vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
22:59 | 26 iyun 2019 | Çərşənbə Məqaləyə 1813 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İmamoğlu sabah işə başlayır

Bəs Binəli İldırım?

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni sədri Əkrəm İmamoğlu iyunun 27-də vəzifəsinin icrasına başlayacaq.

Türkiyənin NTV telekanalının məlumatına görə, o, səlahiyyətləri sabah yerli vaxtla saat 18.30-da təhvil alacaq.

Bəs onun seçkilərdəki əsas rəqibi-hakim Ədalət və İnkişaf Partiyasından İstanbul bələdiyyə sədri vəzifəsinə namizəd olmuş Binəli İldırım bundan sonra nə ilə məşğul olacaq?

“Habertürk”ün məlumatına görə, B.İldırım təkrar bələdiyyə seçkilərinin nəticələri barədə danışarkən bildirib ki, deyiləsi bir şey yoxdur, nəticə ortadadır. O, bundan sonra hansı vəzifədə çalışacağına da aydınlıq gətirib: “Adi millət vəkiliyəm. Əsl işimizə qayıtdıq”.

Xatırladaq ki, təkrar seçkilərdə Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Əkrəm İmamoğlu 4 741 868 səs toplayaraq qalib gəlib. Binəli İldırım isə 3 935 453 səs qazanıb.