vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
13:01 | 2 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 2198 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Trampın addımı blefdir”

İran ABŞ-ı hədələdi: “Cəmi yarım saat sonra İsrail yox olacaq...”

MÖVZU İLƏ ƏLAQƏLİ

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət Komissiyasını rəhbəri Mojtaba Zonnur İsrailin “cəmi yarım saat ərzində yox olacağı” haqda bəyanat səsləndirib. Virtualaz.org xəbər verir ki, Mojtaba Zunurun bəyanatına yarımrəsmi “Mehr” agentliyi yer verib.

Zunur bildirib ki, əgər ABŞ İrana hücum etsə cəmi yarım saat sonra İsrail məhv ediləcək. “Əgər ABŞ bizə hücum etsə İsrail cəmi yarım saat salamat qala biləcək”,-o vurğulayıb.

İran parlamentinin Komissiya sədrinin fikrincə bu günlərdə ABŞ-ın Hörmüz boğazı üzərində pilotsuz kəşfiyyat təyyarəsinin vurulmasına cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirmək haqda qərar verdiyi, amma prezident Donald Trampın hücuma cəmi 10 dəqiqə qalmış əmri geri götürdüyü haqda deyilənlər  siyasi blefdir. Çünki ABŞ bilir ki, İrana hücum etməklə İsraili zərbə altında qoyar.

Mojtaba Zunurun sözlərinə görə, İran ABŞ-ın regiondakı bütün hərbi bazalarını izləyir və hərbi təcavüzə məruz qalsa özünü müdafiə etmək gücündədir.

Bundan əvvəl İran bəyan edib ki, nüvə razılaşması üzrə öhdəliklərini azaldır və daha çox zənginləşdirilmiş uran əldə edəcək. ABŞ prezidenti Donald Tramp isə İranın “odla oynadığını” bildirib, bəyan edib ki, Tehran kursunu dəyişməyənə qədər ABŞ-ın təzyiqləri artaraq davam edəcək.