vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
14:41 | 2 iyul 2019 | Çərşənbə axşamı Məqaləyə 2396 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Düşmənçilik başa çatıb”

ABŞ prezidenti tarixdə ilk dəfə Şimali Koreya sərhədində

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Koreya prezidenti Mun Çje İn Amerika Birləşmiş Ştatları (ABŞ) və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında düşmənçiliyin başa çatdığını bildirib. Bu barədə “İnterfax.ru” xəbər verir.

Məlumata görə, Cənubi Koreyanın dövlət başçısı bildirib ki, ABŞ və Koreya Xalq Demokratik Respublikası liderlər Donald Trampın və Kim Çen Inın görüşü ilə faktiki olaraq düşmənçilik münasibətlərinin dayandırılmasını elan ediblər.

O, qeyd edib ki, hərçənd iki lider ümumiyyətlə heç bir sənəd imzalamayıblar. Lakin onların hərəkətləri düşmənçilik münasibətlərinin dayandırılması və dəyərli sülh erasının başlanması haqqında bəyanata bərabər idi.

Qeyd edək ki, Donald Tramp və Kim Çen In ötən bazar günü iki Koreya dövləti arasında silahsızlaşdırılmış zonada görüşüb.

Bundan başqa, hər iki lider görüş zamanı orada olmuş Mun Çje İnlə də danışıq aparıb.

Beləliklə, tarixdə birinci dəfə ABŞ, Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya liderlərinin üçtərəfli görüşü reallaşıb.