vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:13 | 5 iyul 2019 | Cümə Məqaləyə 1700 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlanın ağı və qarası …

… Yaxud silah istehsalında İran-Ermənistan əməkdaşlığı

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 25-30-da Moskvaətrafı Kubinka qəsəbəsində keçirilən “Ordu” beynəlxalq hərbi-texniki forumunda Ermənistan İranla birgə istehsal edilən Nəcm-802 radiolokasiya stansiyasını (RLS) nümayiş etdirib.

RLS-dən uçan hədəflərin məsafədən aşkarlanması, hədəfi məhv etmək üçün koordinatların verilməsi üçün istifadə olunur. “Nəcm-802” İrəvan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutunda (ERNISS) hazırlanıb.

Mobil RLS-lər yaxınlıqdakı ekipaj olmadan sutkada 24 saat fəaliyyət göstərə bilər. “Bu, Ermənistan və Dağlıq Qarabağın üzərində hərtərəfli radiolokasiya sahəsinin yaradılmasına imkan verir. Ayrıca qeyd etmək lazımdır ki, RLS elektronika anten postundan uzaqdadır və radiolokasiya əleyhinə raketlərin tətbiqi halında hərbçilərin məğlubiyyət riskini praktik olaraq istisna edir. Bununla yanaşı zərbəyə kompleksin ən ucuz hissəsi məruz qalır ki, onu tez bir zamanda əvəz etmək mümkündür” - Moskvanın “Regnum” saytı 2019-cu il iyulun 1-də bildirib.

“Ordu” forumunda Ermənistan nümayəndə heyəti həmçinin hava kəşfiyyatını həyata keçirməyə və “uçan mərmi” funksiyasını yerinə yetirməyə qadir pilotsuz hərbi uçuş qurğuları, zirehli jiletlər, düşmənin gecə aşkarlanması üçün teplovizorlar və digər hərbi məhsulları nümayiş etdirib.

“Regnum” bildirir ki, Ermənistanın bütün HHM sistemi avtomatlaşdırılmış idarəetmə sistemi (AİS) çərçivəsində birləşib, bütün aşkarlama və məhvetmə vasitələrindən məlumatlar buraya toplanır və işlənilir. Daşınan zenit raket kompleksləri (DZRK) də bu sistemə inteqrasiya olunmağa başlayır.

Bir portativ platformada “İqla-C” və ya “Verba” DZRK, düşmən dronlarının idarəetmə siqnallarının tutulması üçün radioelektron mübarizə sistemi (RMS), həmçinin Ermənistan HHM AİS-ə qoşulmuş kompüter birləşdirilib.

Kompleksin əsas üstünlüyü məhz sonuncu qurğudadır - indi DZRK operatoruna düşmənin aviasiyasını vizual axtarmaq lazım deyil, o, radiolokatorlardan və digər vasitələrdən bütün informasiyanı ekranda görəcək. Bu, operatorun reaksiya sürətini xeyli artırır və DZKK-nın tətbiqini asanlaşdırır, “Regnum” bildirib.

2016-cı ilin aprelində erməni ordusunun məğlubiyyətindən sonra İran-Ermənistan hərbi-texniki əməkdaşlığı möhkəmlənib.

2016-cı il mayın 24-25-də Tehranda Ermənistanın o zamankı müdafiə nazirinin müavini David Tonoyanın iranlı həmkarı Firuz Məsihpur, həmçinin ölkənin müdafiə idarəsinin rəhbəri Hüseyn Dehqani ilə görüşü olmuşdu.

Ermənistan nümayəndə heyəti Malik Aştar Elm və Texnologiya Universitetini ziyarət edib.

Tərəflər hərbi əməkdaşlığın gündəliyini razılaşdırıblar və bu kontekstdə tədbirləri planlaşdırıblar. İyun ayında Maddi-Texniki Təminat Departamentinin rəisi Movses Akopyan başda olmaqla Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti İrana səfər edib. Erməni nümayəndələr İran Müdafiə Nazirliyinin himayəsi altında fəaliyyət göstərən ETKA şirkətinin zavodlarına və mağazalarına baş çəkiblər, şirkətin icraçı direktoru Mehdi Kərbəla ilə görüşüblər. Nümayəndə heyəti ETKA məhsulları ilə tanış olub, həmçinin İİR Müdafiə Nazirliyinin rəhbəri ilə növbəti görüş keçiriblər. Səfərin yekunları ilə bağlı anlaşma memorandumu imzalanıb, həmçinin bəzi razılaşmalar əldə olunub, lakin razılaşmaların mahiyyəti açıqlanmır, eadaily.com bildirib.