vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
00:12 | 29 iyul 2019 | Bazar ertəsi Məqaləyə 1757 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıdan Paşinyana ciddi siqnallar göndərilməlidir

... Yaxud Ermənistanın yeni təhlükəsizlik konsepsiyasının 3 ana maddəsi və bizim planlar

Elxan ŞAHİNOĞLU

Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra ölkəsinin təhlükəsizlik konsepsiyasını dəyişməyə çalışır. O hazırki konsepsiyanı yararsız hesab edir və o haqlıdır. Çünki o 2016-cı il aprel savaşı Ermənistan ordusunda böyük qüsurlar ortaya çıxartdı və hakimiyyətə gələn Paşinyan qüsurları etiraf etmək məcburiyyətində qaldı. Ermənistanın təhlükəsizlik konsepsiyası 2007-c ildən bu yana dəyişdirilməyib. Yeni konsepsiyanın ana istiqamətlərini Paşinyanın yeni təyin etdiyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təqdim edib.

Birincisi, yeni konsepisya 2016-cı il aprel müharibəsinin təkrarına yol verməməlidir (?!);

İkincisi, strategiyanın əsas şüarı budur: “Peşəkar generallar qələbəni müharibəsiz də əldə edirlər” (?!);

Üçüncüsü, yeni strategiyanın əsas komponentlərindən biri də “yumşaq gücdən” (?!) istifadədir.

Paşinyanın məqsədi aydındır. Erməni cəmiyyəti müharibə və itki istəmir. Ona görə də Paşinyanın təlimatıyla hazırlanan təhlükəsizlik konspesiyasının 3 ana maddəsində cəmiyyəti sakitləşdirmək üçün müharibə istisna edilir. Ancaq bunun reallaşdırılması mümkün deyil. Çünki “müharibə istəmirəm” tək bir tərəfdən asılı olan məsələ deyil. Əgər sənin qarşındakı ordu kiçik də olsa növbəti hücum əməliyyatı planlaşdırırsa, sən istəməsən belə döyüşə girməlisən, bu isə hər iki tərəfdən itki deməkdir. Paşinyanın və onun hökümətinin ən qorxduğu da elə budur. Aprel savaşının nəticələri birinci mərhələdə Ermənistan ordusunda ciddi silkələnməyə, ikinci mərhələdə isə Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxartdı. Paşinyan eyni taleni yaşamaq istəmir.

Paşinyanın planlarını pozacaq yeganə güc Azərbaycan ordusunun növbəti həmləsi ola bilər. Bu halda Ermənistanın təhlükəsizlik konsepsiyasındakı hər 3 maddə - “aprel müharibəsinin təkrarlanmaması”, “qələbəni müharibəsiz əldə edən generallar” və “yumşaq güc” mənasız söz yığnağına çevriləcək və İrəvan yeni konsepsiyadan da imtina etməli olacaq. Ona görə də Bakıdan Paşinyana ciddi siqnallar göndərilməlidir ki, Ermənistan hökumətinin böyük ümidlərlə hazırladığı yeni təhlükəsizlik konsepsiyasının işlək və uzunömürlülüyü işğal faktına son qoyulmasından və bunun əsasında Azərbaycanla sülh sazişi imzalamasından keçir. (“Atlas” Araşdırmalar Mərkəzi)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)