vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
14:31 | 29 iyul 2019 | Bazar ertəsi Məqaləyə 2096 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada ekoloji fəlakət

2,7 milyon hektar meşə sahəsi yanır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Sibir regionunda meşə yanğınlarının miqyası genişlənməkdə davam edir. Krasnoyarskda meşə yanğınlarının sahəsi 1 milyon hektarı keçib. İrkutsk vilayətində meşə yanğınları 580 min hektar, Buryatiya və Zabaykalyedə isə 36 min hektar sahəni əhatə edir.

Beləliklə, təkcə Sibir federal dairəsində 1,6 milyon hektar meşə yanır. Tayqa meşəsinin 1,13 milyon hektarı isə bu federal dairəyə aid olmayan Yakutiya respublikasında yanır. Ümumi yanğın sahəsi 2,7 milyon hektar sahəni əhatə edir.

Hazırda alov Şərqi və Qərbi Sibirdlə yanaşı, qonşu Qazaxıstana, Tatarıstana və Kuzbas regionuna doğru irəliləyir.

Tayqa meşəsinin qorunmasını tələb edən vətəndaşlar internetdə petisiyalar toplayır. Fəallar avqustun 6-da meşələrin qorunması üçün aksiya keçirməyi də planlaşdırır. 

Yerli sakinlər federal və regionla orqanların fəaliyyətsizliyinə də etiraz edir. Belə ki, son dəyişikliklərə əsasən, yanğınların söndürülməsi zamanı xərclərin yanğının törətdiyi fəsadlardan az olmasına görə yerli orqanlar meşə yanğınlarını söndürməyə cəhd etmirdilər.(modern.az)