vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ƏDƏBİYYAT  
17:54 | 1 mart 2014 | Şənbə Məqaləyə 3127 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qədim əlyazmada kenquru rəsmi

Tarixçilərin Avstraliyanın kəşf olunması ilə bağlı mövqeyi dəyişə bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Nyu-Yorkun «Les Enluminure» qalereyasının əməkdaşları yenicə əldə edilən əlyazmaların birində kenquru rəsmi aşkarlayıblar. Mütəxəssislərin fikrincə, bu fakt Avstraliyanın kəşf olunması ilə bağlı tarixçilərin mövqeyini dəyişə bilər.

Yeni tapıntı ilə bağlı «The Age» jurnalının əməkdaşları ictimaiyyətə ətraflı məlumat veriblər. Bu əlyazma kilsə mahnılarının notlarının yer aldığı Əlyazmalar Qalereyası tərəfindən portuqaliyalı kolleksiyaçıdan 15 min dollara alınıb. Onun 1580-1620-ci illərə aid olduğu bildirilir.

Tarixdən məlumdur ki, Avstraliyaya ilk dəfə 1606-cı ildə hollandiyalı Billyem Yanszon ayaq basıb. Beləliklə, yeni sənəd Avstraliyanın kəşfində portuqaliyalıların öndə olduğunu göstərir. «Ya bu manuskriptin müəllifi Avstraliyada olub, ya da Avstraliyada yaşayan heyvanların təsvirləri həmin vaxt Portuqaliyada məlum idi», - deyə qalereyanın əməkdaşı şərh verib.

Bəzi tədqiqatçıların fikrincə, portuqaliyalılardan öncə, Avstraliyanı indoneziyalı ovçular kəşf edib. Elmi dairələrdə bu məsələ ilə bağlı müzakirələr hələ də davam etdirilir.