Çinə böyük ittiham
Koronavirusun laboratoriyadan ətrafa sızdığı təsdiqlənir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yumşalma rahatlıq əvəzinə təlaş yaratdı
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
-
DST gələcək pandemiyalara hazırlaşır
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
-
Qriplə fərqi qalmadı...
Avropa ölkəsi COVİD-19 yoluxmaları zamanı məcburi karantini ləğv edir
-
Çində etirazçı ovu
Polisi aksiya iştirakçılarını mobil telefon siqnalları ilə aşkarlayır
-
Hökumət geri addım atdı
Çində baş verən etiraz aksiyalarının görünməmiş miqyası pandemiya yumşalmalarına səbəb oldu
-
Çində polis nümayişlərə maneə törədib
Sərt tədbirlər davam edir
-
Fransada COVİD-19 yoluxmalarında artım
Ölkə bronxiolit epidemiyasından keçir
-
Çində etirazlar şiddətlənir
İzdihama qalxan xalq karantin çadırlarını və test götürülmə kabinetlərini dağıdıb
-
Çin qaynayır
İnsanlar COVİD qapanmalarından bezib, gündəlik yoluxma sayı on minlərlədir
-
Çində COVİD dalğasının sayı itib
Parklar, ticarət mərkəzləri və muzeylər yenidən bağlanıb
-
10 min yeni yoluxma
5 milyondan çox insan qapanmalar altında yaşayır
-
Çinin əvvəlki tempi bərpa olunmayacaq
Dünya iqtisadiyyatı tənəzzüldən qurtulmağa çalışır
-
Yoluxma 300-ü keçdi
175 nəfər sağalıb
-
“Kentavr” təhlükəlidir?
DST-dən COVID-19-un subvariantı barədə açıqlama
-
Dünya dizüstə qalıb
Beynəlxalq iqtisadiyyat dilemma ilə qarşı-qarşıyadır
-
Xəstə sayı 1096 nəfər oldu
COVİD-19-a yoluxma sayı yenə artdı
Çinin hökumət tədqiqatçıları ölümcül yarasa koronavirusları daxil olmaqla, 2 mindən artıq heyvan virusunu təcrid ediblər. Onlar COVID-19 pandemiyasının episentri sayılan vəhşi heyvan bazarından üç mil kənarda viruslar üzərində elmi iş aparıblar. Bu haqda “The Washington Times” qəzetində Bill Gertz yazır.
Son aylar, koronavirusun Uhanda yayılmağa başlamasından az əvvəl Çinin dövlət mediası sözügedən virus tədqiqatından söz açıb, özəlliklə, Vuhandakı əsas tədqiqatçı Tian Junhuanı tərifləyirdilər.
Hazırda dünyada yüzminlərlə insanın yoluxduğu, on minlərlə insanın həyatını itirdiyi koronavirusun yarasalardan mutasiya etdiyi, Vuhanda vəhşi heyvan bazarında heyvanlara və adamlara keçdiyi güman edilir. Amma virusun dəqiq mənbəyi bir sirr olaraq qalmaqdadır.
Qəzet yazır ki, Çinin yarasa virusları üzərindəki araşdırmasıyla bağlı xəbərlərdən sonra Pekinə çağırışlar artacaq, bu işlə bağlı daha çox informasiya tələb olunacaq. “Bu, bəşəriyyət tarixində ən pis ört-basdırdır və dünya indi qlobal pandemiya ilə üzləşib”, – ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin aparıcı üzvü Maykl Makkaul ötən həftə deyirdi. O, Çinin pandemiyaya görə məsuliyyət daşımalı olduğunu vurğulayırdı.
Artıq Vuhanda və Hubey vilayətində həyat axarına düşməkdədir. Bu arada Britaniya mediası yazıb ki, Çində fəaliyyətini bərpa edən vəhşi heyvan bazarlarında yenə də yarasa, əqrəb satılır, elə bazardaca kiçik heyvanlar kəsilir. Çin rəsmiləri pandemiya haqda informasiya açıqlanandan sonra özünün koronavirus nümunələrini ABŞ tədqiqatçılarına verməyib, üstəlik, beynəlxalq mütəxəssisləri də bir neçə həftə Vuhana buraxmayıb.
Çinin dövlət mediasının yazmasına görə, cənab Tian heyvanlardan nümunə götürərkən qoruyucu uniforma geyinməyib və yarasa sidiyi ilə təmasda olub. O, xəstəliyin qarşısını almaqdan ötrü özünü 14 günlüyə təcrid edib. Elə COVID-19-a yoluxmaqdan şübhəli sayılan şəxslər üçün də belə bir təcrid müddəti tövsiyə olunur.
“Yarasalarda xeyli sayda bəlli olmayan viruslar var. Yarasaları nə qədər geniş tədqiq etsək, bu, insan səhhəti üçün bir o qədər yaxşı olar”, – Tian deyib. Tədqiqatçı gənələrdən, siçanlardan, eşşəkarısından da virusları toplayıb.
Bəzi ABŞ və beynəlxalq alimlərsə yeni virusun Çin laboratoriyalarında araşdırılması xəbərlərini rədd edirlər. Onların fikrincə, yeni virus təbii şəkildə insanlara keçib və sonradan insanlar arasında yayılmağa başlayıb. Bəzilərinin fikrincə isə, virusun Çin laboratoriyasında tədqiq olunmasına, oradan ya yoluxmuş işçi, ya da laboratoriya heyvanı vasitəsilə kənara çıxmasına dəlillər artır.
Rutgers Universitetinin professor Riçard Ebrayt deyir ki, pandemiyaya səbəb olmuş koronavirus Vuhan Virusologiya İnstitutunun 2013-cü ildə kəşf etdiyi yarasa virusuna 96,2 faiz bənzəyir. Onun sözlərinə görə, virus heyvandan insana keçə, yaxud laboratoriyadan da kənara çıxa bilərdi.
“Yarasa koronovirusları Çinin müxtəlif yerlərində toplanaraq laboratoriyalarda tədqiq olunur... Bu səbəbdən, ilk insan yoluxması laboratoriya qəzası da ola bilərdi”, – o, qəzetə deyib.
İndiyədək dünyada COVID-19 pandemiyasından 37 min 820 nəfər vəfat edib. 786 min nəfər virusa yoluxub. Rəqəmlər hər gün, hər saat artır...