vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
14:23 | 2 aprel 2020 | Cümə axşamı Məqaləyə 1314 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Fövqəladə vəziyyət elan oluna bilər...”

Operativ Qərargah: “Bu fərqin artması pis tendensiyadır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Əgər qaydalara ciddi riayət olunsa, iki həftəyə müsbət nəticə əldə edə bilərik. Amma bugünkü nəticələr onu göstərir ki, qaydalara tam əməl edilmir”.

Vaxt.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı belə zamanı deyib. O bildirib ki, nə qədər qaydalara əməl edilməsə, nəticə də gec əldə olunacaq.

İ.Məmmədovun sözlərinə görə, koronavirusa yoluxma tempinin günbəgün artması müşahidə olunur. Yoluxanların sayı sağalanların sayını bir neçə dəfə üstələyir.

“Cəmi 26 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır. Lakin hələlik vəziyyətin nəzarət altından çıxmasından söhbət getmir. Əgər bu tendensiya davam etsə və situasiya daha da mürəkkəbləşsə ölkədə fövqəladə vəziyyətin elan edilməsi istisna edilmir. Hökumətin bütün planları var. Arzuolunandır ki, buna ehtiyac olmasın”, - hökumət sözçüsü deyib.

İbrahim Məmmədov brifinqdə çıxışında qeyd edib ki, bu günün son məlumatlarına görə, Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyət ağırdır, 11 orta ağır yerdə qalanların vəziyyəti sabitdir: “Bu, son rəqəm deyil, Gün ərzində rəqəm dəyişə, yəni arta bilər”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah növbəti brifinq keçirilib. Brifinqdə koronavirusla bağlı Azərbaycandakı son durum açıqlanıb.

Tədbirdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Əziz Baqişev və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli iştirak edib.