“Uzun müddət davam etdiriləcək”
Koronavirus pandemiyasının pik nöqtəsinin tarixi müəyyənləşdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yumşalma rahatlıq əvəzinə təlaş yaratdı
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
-
DST gələcək pandemiyalara hazırlaşır
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
-
Qriplə fərqi qalmadı...
Avropa ölkəsi COVİD-19 yoluxmaları zamanı məcburi karantini ləğv edir
-
Çində etirazçı ovu
Polisi aksiya iştirakçılarını mobil telefon siqnalları ilə aşkarlayır
-
Hökumət geri addım atdı
Çində baş verən etiraz aksiyalarının görünməmiş miqyası pandemiya yumşalmalarına səbəb oldu
-
Çində polis nümayişlərə maneə törədib
Sərt tədbirlər davam edir
-
Fransada COVİD-19 yoluxmalarında artım
Ölkə bronxiolit epidemiyasından keçir
-
Çində etirazlar şiddətlənir
İzdihama qalxan xalq karantin çadırlarını və test götürülmə kabinetlərini dağıdıb
-
Çin qaynayır
İnsanlar COVİD qapanmalarından bezib, gündəlik yoluxma sayı on minlərlədir
-
Çində COVİD dalğasının sayı itib
Parklar, ticarət mərkəzləri və muzeylər yenidən bağlanıb
-
10 min yeni yoluxma
5 milyondan çox insan qapanmalar altında yaşayır
-
Çinin əvvəlki tempi bərpa olunmayacaq
Dünya iqtisadiyyatı tənəzzüldən qurtulmağa çalışır
-
Yoluxma 300-ü keçdi
175 nəfər sağalıb
-
“Kentavr” təhlükəlidir?
DST-dən COVID-19-un subvariantı barədə açıqlama
-
Dünya dizüstə qalıb
Beynəlxalq iqtisadiyyat dilemma ilə qarşı-qarşıyadır
-
Xəstə sayı 1096 nəfər oldu
COVİD-19-a yoluxma sayı yenə artdı
May ayının əvvəlində koronavirusa yoluxanların sayı maksimum həddə çatacaq. “RİA Novosti” xəbər verir ki, bunu agentliyə İstanbul Universitetinin tibb fakültəsinin professoru Zeki Kılıçaslan söyləyib.
“Tükiyədəki kimi dünyada da pandemiya öz zirvəsinə mayın əvvəlinə çatacaq, bundan sonra xəstələnmələrin sayı əyri xətt üzrə enməyə başlayacaq. Mayın ikinci yarısından başlayaraq məhdudiyyətlər qismən ortadan qaldırıla bilər, ancaq bir sıra məhdudiyyət tədbirləri uzun müddət yenə də davam etdiriləcək”, - professor açıqlayıb.
Alimin sözlərinə görə, pandemiya dünyada iqtisadi və sosial böhrana yol açacaq, bir çox ölkələr Beynəlxalq Valyuta Fondunun (IMF) yardımına ehtiyacı olacaq və fondun nəzarəti altında antiböhran proqramlarını reallaşdıracaqlar.
“Türkiyənin buraxdığı əsas səhv İranla sərhədin bağlanma və beynəlxalq aviareyslərin dayandırılması qərarının gecikməsidir. Bundan başqa, ilkin mərhələdə ölkədə kifayət qədər testlər keçirilmirdi”, - Z.Kılıçaslan əlavə edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 208 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 288 000-i ötüb. Bunların 272 024 nəfəri sağalıb, 70 567 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.