vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
16:03 | 3 mart 2014 | Bazar ertəsi Məqaləyə 2134 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ARDNŞ idarəsini ləğv etdi

Əvəzində «Etalon təhlükəsizlik» MMC yaradıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsi ləğv edildi». Bunu virtualaz.org-a Neftçilərin Hüquqlarını müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisi dedi ki, Təhlükəsizlik İdarəsinin bazasında «Etalon təhlükəsizlik» MMC yaradılıb: «Təhlükəsizlik İdarəsinin 3 mindən çox əməkdaşı olub. Əmək Məcəlləsinin 63-cü maddəsinə görə, həmin işçilər yeni qurumda işlə təmin edilməlidir. Lakin ixtisarların olacağı gözlənilir. Çünki əməkdaşların bəzilərinə əməkhaqqının 5 misli qədər müavinət təklif olunub».

M.Qəhrəmanlı yeni yaradılan qurumun rəsmi sənədlərdə «Etalon Security» MMC kimi qeyd edilməsinə qarşı çıxıb: «Yeni qurumun adı nə tam ingilis, nə də tam Azərbaycan dilində deyil. Nəzərə almaq lazımdır ki, beynəlxalq standartlarla yanaşı »Dövlət dili haqqında» qanun qüvvədədir».

Hüquq müdafiəçisi 10 komandanın şirkətin tabeliyində saxlanıldığını güman edir: «Təşkilata daxil olan məlumatda deyilir ki, Təhlükəsizlik İdarəsi ləğv edilsə də 10 komanda şirkətin tabeliyində qalıb. Bu qrupun özəl qoruma olduğu bildirilir».

ARDNŞ-in mətbuat xidmətindən isə məlumatı şərh etmək istəmədilər.