vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
TƏDBİR  
12:40 | 4 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 2982 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Elə bil «tormoz»un yoxdur»

Spiker hövsələdən çıxdı: «Səfirlik adam tutandır? Deyəndə bir səviyyəli söz deyin də»

Elşad PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilir. Deputat Qüdrət Həsənquliyev 17 yaşlı gənc Nərmin Hüseynlinin ağır durumundan danışdı və vətəndaşların tibbi sığortası haqqında işləri sürətləndirməyə çağırdı.

Musa Quliyev dedi Xocalı soyqırımı ilə bağlı görülən işlərin nəticəsində dünyanın 10-a yaxın ölkəsinin parlamenti və ABŞ-ın 15 ştatı Xocalı soyqırmını tanıyıb. Deputat Xocalı soyqırımı zamanı yaralananların statusu haqqında təklif verdi. Dedi ki, Xocalıda yaralananlar milli münaqişə zəminində yaralanan şəxslər kimi göstərilir: «Bu da həm faciənin miqyasını kiçiltmək anlamına gəlib çıxır. Onlar erməni ordusu, o cümlədən sovet ordusunun 366-sı alayı tərəfindən güllələnib. Xocalı soyqırımı zamanı əlil olmuş şəxslərin milli münaqişə zamanı deyil,  Xocalı soyqırımı zamanı göstərilməlidir. Mən bununla bağlı baş nazirə müraciət etmişəm və xahiş edirəm millət vəkilləri buna dəstək versin».

Fərəc Quliyev dedi ki, bu gün Ukraynada baş verən hadisələrin bizə aidiyyəti yoxdur desək düzgün çıxmaz. Biz barışdırıcı missiya ilə çıxış etməliyik Krımda baş verənlər işğaldır və bütün dünya bunu belə qəbul edib. Ukrayna və Rusiya parlamentarisi dostluq qrupunun üzvləri birgə iclas keçirə və Rusiya və Ukraynaya səfər edə bilər.

Biz seyrçi qalsaq gələcəkdə Ukrayna da Qarabağ məsələsində seyrçi qala bilər. Artıq Türkiyə də müəyyən addımlar atmağa başlayıb». O.Əsədov isə buna ehtiyac olmadığını bildirdi: «Ukrayna Rusiya dost-qardaş ölkələrdir, onlar hər hansı problemi həll edə bilər. 300 mindən çox azərbaycanlı Ukraynada, 2 milyondan çox Azərbaycanlı Rusiyada yaşayır. Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyün dəstəkləyirik. Onlar böyük, qohum dövlətlərdir, bu məsələləri özləri həll edəcək. Bir az hövsələniz olsun». 

Etibar Hüseynov Maydanda Azərbaycan bayrağının qaldırılmasına qarşı çıxdı. Deputat dedi ki, bayraq Azərbaycanın dövlət atributudur, onu hər yerdə ucaltmaq olmaz. Bəlkə də qanuna dəyişiklik etmək lazımdır ki, Azərbaycan bayrağını hər kəs istədiyi yerdə ucalda bilməz. Heç olmasa səfirlik belə məsələlərdə diqqətli olmalıdır».

O.Əsədov əsəbiləşdi: «Ay Etibar müəllim, elə bayaq mən bu məsələlərdən danışdım. Elə bil tormozunuz yoxdur e... Qardaş sən bayrağı necə ləğv edəcəksən? Səfirlik adam tutandır? Deyəndə bir səviyyəli söz deyin də».

İqbal Ağazadə «Sovetski»dən danışdı: «1500 ciddi məbləğdir. Amma burada 15-20 kv.m mənzildə bir neçə ailə yaşayırdı. 35 min manata Bakıda birotaqlı mənzil almaq mümkün deyil. Ona görə hökumət elə siyasət yürütməlidir ki, vətəndaşlar yaşamaq hüququ ilə təmin olunsun. Dövlət bu barədə düşünməlidir. Onların 2-3 otaqlı mənzillə təmin olunması haqda düşünməlidir».

O.Əsədov dedi ki, 1-2 günə Nazirlər Kabinetinin iclas olacaq: «Mən biləni «Sovetski»dən heç kimi məcburi köçürmürlər».

Asim Mollazadə ABŞ-ın daha bir ştatı İndiana ştatının Xocalı ilə bağlı qətnamə qəbul etməsindən danışdı. Deputat Qarabağ müharibəsi veteranlarının statusunu qaldırmağa da çağırdı.

Vitse-spiker Ziyafət Əsgərov Xocalı soyqırımı ilə bağlı deputatların iştirakı ilə keçirilən tədbirlərdən danışdı: «Bu gün artıq biz bu soyqırımı dünyaya çatdıra bilmişik».

Elmira Axundova internetin sürətindən və qiymətindən danışdı və təkliflər verdi.