vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
XADİM  
09:43 | 9 iyun 2013 | Bazar Məqaləyə 3152 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İnəklərim gün ərzində 15 litr süd verir”

“Putin it saxlayır, heç kəs ona bunu irad tutmur, amma...”

MÖVZU İLƏ ƏLAQƏLİ

Azadlıq Partiyasının sədri Əhməd Orucun prezidentliyə namizədliyini irəli sürməsi bəzi informasiya portalları tərəfindən, eləcə də sosial şəbəkələrdə ironiya ilə qarşılanıb. Onun namizədliyi barədə informasiya verənlər statusun qabağında ya gülüş işarələri qoyur, ya da onun bir neçə il öncə şəxsi bağında inəklərlə çəkdirdiyi şəkilləri paylaşırlar. ANS PRESS-in məlumatına görə, Ə.Oruc "teleqraf.com"a müsahibəsində bu yanaşmalara münasibət bildirib.

- Əhməd bəy, namizədliyiniz elan olunan kimi kütləvi informasi vasitələrində əleyhinizə təbliğat aparılır. Bu "qara piar"dı, yoxsa...

- Hesab etmirəm ki, yayılan ilkin məlumatlar mənim leyhimə işləyəcək. Mənə qarşı olanlar kimlərdir? Biri Eynulla Fətullayevdir. Rəhbəri olduğu saytda barəmdə məlumat verib və inəklərlə olan şəkilimi dərc edib. Psixi durumunda problem olanlar belə hərəkət edərlər. Mənə lağ edən Eynulla özü xaricdən maliyyələşir. Almaniyada insan haqlarını müdafiə etmək istəyir, amma Azərbaycandakı durumu yaddan çıxarır. Qoy mənə qarşı kampaniya aparsınlar. Bu mənim əleyhimə yox, lehimə işləyəcək.

- Şəxsi fermeriniz barədə məlumat verərdiz?

- Mən bir çoxlarından fərqli olaraq torpağa bağlı adamam. Abşeronda 4 bağım olub. Onlardan üçünü qohumlarıma vermişəm. İndi dördüncü bağ evimdə ağaclar əkmişəm, mal-qara saxayıram. Mal-qara saxlamaq nə vaxtdan ayıb olub? Bu ölkədə pis-yaxşı Çobanilər, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri olub. Bağa qulluq edənlər, inəklərimə baxanlar var. İnəklərimi otarmağı Eynullaya etibar etmərəm. O, hələ bu səviyyəyə çatmayıb. İnəklərim gün ərzində 10-15 litr süd verir, ildə bir dəfə balalayır. Bəzilərindən fərqli olaraq inəklərim faydalı işlərlə məşğuldur. Onlar dövlət, millət əleyhinə satqınlıq etmir, xəyanətə əl atmırlar. Mənim inəklərim bəzilərinə baxanda daha millidir.

- Deyirlər ki, prezidentliyə namizəd siyasətlə məşğul olmalıdır. Amma siz inək saxlayırsız...

- Dedim axı, inəklərə çoban baxır. Mən hər gün təsərrüfatıma baş çəkirəm. Bağımda 500-dən çox ağac var. Hər gün azı bir dəfə bağa baş çəkirəm. Mən halal yaşayıram. Gedib "kubik" atıb, qapılarda işləyib yaşayaram, amma millətə xəyanət etmərəm.

- Neçə inəyiniz var?

- Bu, kommersiya sirridir.

- Amma prezidentliyə namizədliyinizi rəsmən irəli sürəndə MSK-ya hesabat verməli olacaqsız?

- Hesabatda inəklərin sayını göstərməyə ehtiyac yoxdur.

- Belə çıxır ki, şəxsi fermer təsərrüfatınızı MSK-dan gizlədəcəksiz?

- Dedim axı, MSK-ya verilən hesabatda namizəddən toyuqların, inəklərin sayı soruşulmur. Belə şeyləri mən sizdən daha yaxşı bilirəm.

- Prezident seçiləndən sonra da inək saxlayacaqsız?

- Əvvəla bu mənim hobbimdir. Prezidentin heyvan saxlaması nə vaxtdan eyib sayılır? Putin it saxlayır, heç kəs ona bunu irad tutmur. Amma Əhməd Oruc inək saxladığı üçün onu topa tutursuz. Halbuki, inək daha əhəmiyyətli heyvandır.

- Namizədliyinizi kiminsə xeyrinə geri götürəcəksiz?

- Mən 1992-ci ildə Əbülfəz Elçibəyin seçki kampaniyasında yaxından iştirak etmişəm. O zaman "Müxalifət" qəzetini buraxırdım. Elçibəyin çıxışlarını mən hazırlamışam. 2003-cü ildə İsa Qəmbərin namizədliyini dəstəkləmişəm. Əgər görsəm ki, kimsə öz qabiliyyətinə, şansına görə məndən üstündür, məmnuniyyətlə onu dəstəkləyərəm. Amma yalançı sorğularda önə çəkilən şəxsləri dəstəkləmək kimi fikirim yoxdur.