vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
RƏY, REPLİKA  
21:40 | 5 mart 2014 | Çərşənbə Məqaləyə 2730 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Onda mən də nurçuyam»

««Erməni» və ya «KQBşnik» dəbdən düşüb»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hansı saytı, hansı qəzeti səhifəliyirsənsə, mövzu nurçuluqdur. Siyahı gündən-günə genişlənir. Bu da antiazərbaycançı qüvvələrin fikirləşdiyi yeni taktikadır guya ki. Çünki artıq kiməsə «erməni» və ya «KQBşnik» demek dəbdən düşüb. Bu yarlıq keçərli deyil. Ona görə de NURÇU damğası dövriyyəyə buraxılıb». Bu sözlər millət vəkili Etibar Hüseynova məxsusdur. (AzVision.az)

O, «nurçu» adlandırılanların siyahısına diqqət yetirməyi məsləhət görür: «Zakir Həsənov, Elmar Məmmədyarov, Elnur Aslanlı, Fərhad Məmmədov, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Fuad Muradov və s. Bir sözlə, hədəfə Azərbaycanda müsbət imicə malik kəslər anılıb. Amma keçməz. Sizlərin bu çirkin böhtan və iftira kampaniyanız bumeranq təki özünüzə qarşı çevriləcək. Və əgər nurçuluq millətə və dövlətə vicdanla çalışmağa, xidmət etməyə deyilirsə... Onda bu gündən mən də nurçuyam».