vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 3 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
14:17 | 18 aprel 2022 | Bazar ertəsi Məqaləyə 1309 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

63 faiz uduşa gedir?

6500 biletdə yüksək məbləğ var

Xəqani SƏFƏROĞLU

“Poz, qazan!” lotereya biletlərinə kütləvi maraq və mübahisələr məni bu oyun barədə məlumatları araşdırmağa vadar etdi. “Azərlotereya” bu kartları ABŞ-ın lotereya oyunları şirkətlərindən biri olan “Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlayıb.

“Qızıl 4” ani lotereyası adı olan bu lotereya 23 noyabr 2021-ci il tarixində 190 qeydiyyat nömrəsi ilə Mərkəzi Bank tərəfindən qeydiyyata alınıb.

Məlumatlardan belə aydın olur ki, satışa 45 milyon 360 min bilet buraxılıb.

Uduşlu biletlərin sayı – 10 milyon 256 min 241 ədəd, uduş fondunun məbləği isə 28 milyon 683 min 120 manatdır.

Pulun 63 faizi uduşa yönəldilib.

9 ədəd 25.000 manatlıq, 81 ədəd 1000 manatlıq, 3 min 171 ədəd 100 manatlıq, 3240 bilet 40 manatlıq uduşdur.

Qalanları 1,2, 5, 10 və 20 manatlıq uduşlardır.

Ən çoxsaylı uduş biletləri 1 və 2 manatlıq uduşlardır: 1 manat uduş olan biletlərin sayı 4 milyon 246 min, 2 manat uduşların sayı 3 milyon 564 min manatdır. 5 manat uduşu olan biletlərin sayı da az deyil: 1 milyon 775 min.

“Azərlotereya”nın açıqlamalarından belə görünür ki, bu il 25 000 manat uduşu artıq 4 nəfər qazanıb. 8 yanvar, 11 yanvar, 19 yanvar və 27 yanvar 2022-ci ildə xoşbəxt sahiblər bu məbləği udublar. 2 nəfər Bakı sakinidir, bir nəfərsə Cəlilabad.

Maraqlıdır ki, bu uduşların hamısı yanvar ayında olub.

Bir 25 000 manatlıq uduş isə ötən ilin noyabrında olub.

Yanvar ayından bu günə qədər 25 000 udan şəxs daha yoxdur.

Digər uduşların sayı barədə də məlumat yoxdur.

10 milyon 256 min uduşlu biletin yalnız 6 min 500 biletində 40, 100, 1000 və 25.000 uduş məbləği var.

103 min biletdə 20 manatlıq uduş, 560 min biletdə 10 manatlıq uduş var.