vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ƏDƏBİYYAT  
11:05 | 7 mart 2014 | Cümə Məqaləyə 2852 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AYB-də toplantı var

Şahbaz Xuduoğlu bütün qələm əhlini dəvət edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verildiyi kimi, iki ay əvvəl Vergilər Nazirliyinin 20 nəfərdən ibarət əməkdaşı «Qanun» nəşriyyatının ofisinə gələrək nəşriyyatın kompüterlərini, mühasibatlıqda olan bütün sənədləri zorla götürüb aparmışlar. Zorla götürülmüş sənədlər və sənəd hesab edilməyən qeydlər əsasında Audit İdarəsi yoxlama apararaq nəşriyyata 150 min manat məbləğində cərimə müəyyən edən qərar çıxarıb.

«Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun sözlərinə görə, nəşriyyat bu qərardan şikayət etsə də, buna məhəl qoyulmadan dərhal cinayət işi başlanıb, nəşriyyatın bütün işçiləri, nəşriyyatla əməkdaşlıq edən yazıçılar, tərcüməçilər, redaktorlar, korrektorlar, ümumilikdə yüzə qədər yaradıcı və texniki heyət cinayət təqibinə məruz qalıb. 

Bu məsələni müzakirə edib müvafiq müraciətlər qəbul etmək üçün Bu gün saat 14:00-da Yazıçılar Birliyində toplantı olacaq. 

150 min cəriməyə etiraz edən hər kəs - yazıçı, tərcüməçi, redaktor, korrektor, o cümlədən oxucular toplantıda iştirak edəcək.