vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
09:20 | 26 dekabr 2012 | Çərşənbə Məqaləyə 1706 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İvanişvili Bakıda

Baş nazir və prezident İlham Əliyev enerji ixracı mövzusuna da toxunublar

İnformasiya şöbəsi

Bu gün Azərbaycana səfərə gələn Gürcüstanın baş naziri Bidzina İvanişvili prezident İlham Əliyevlə görüşüb. Artıq baş nazir görüşdən fotolarını “facebook” səhifəsində paylaşıb.

Görüşdə tərəflər ikitərəfli münasibətlər və əməkdaşlığı daha da dərinləşdirmək və gələcək perspektivləri müzakirə ediblər. Baş nazir və prezident İlham Əliyev enerji ixracı mövzusuna da toxunublar.
Qeyd edək ki, Bidzina İvanişvilini hava limanında Gürcüstanın Baş naziri Bidzina İvanişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Bidzina İvanişvili və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

***

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək Heydər Əliyevin və oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.