vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
10:18 | 10 iyun 2013 | Bazar ertəsi Məqaləyə 5059 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yevlaxda “Xaş-xaş” əməliyyatı

Ələ keçirilən çətənə bitkiləri polis əməkdaşları tərəfindən elə yerindəcə yandırılıb

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Xaş-Xaş 2013" şərti adı altında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat planı həyata keçirilib. Uğurlu əməliyyat nəticəsində Yevlax rayonunun Xaldan qəsəbəsinin sakini, 1981-ci il təvəllüdlü Kərimoğlu Anar Şahin oğluna məxsus evin həyətyanı sahəsinin 3,5 metrlik hissəsində hər birinin hündürlüyü 40-50 sm olan, 6 kq 165 qramlıq 10 ədəd çətənə kolu aşkarlanaraq, maddi sübut kimi götürülüb.

Həmçinin Yevlax rayonunun Xanabad kəndinin sakini, 1951-ci il təvəllüdlü Mustafayev Mustafa Baloğlan oğluna məxsus 4,5 metr həyətyanı sahəsindən də, hər birinin uzunluğu 50-80 sm olan, 11 kq 565 qramlıq 30 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib. Əraziyə Narkotika və Narkomaniya üzrə Mübarizə Bölməsinin əməkdaşıarı və bir neçə aqronom cəlb olunub. Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Natiq Həsənovun sözlərinə görə, ilkin araşdırma zamanı məlum olub ki, narkotik tərkibli kollar şitillər şəklində əkilib və bu çətənə kollarına aqro-texniki qaydada qulluq edilib.
Narkotik aludəçisi və taciri isə bildirib ki, vaxtından əvvəl yetişməsi üçün həmin bitkilərin üzərində kultivasiya işləri aparıb və xüsusi preparatlarla dərmanlamadan istifadə edərək bitkilər böyüdülüb.
Ələ keçirilən çətənə bitkiləri polis əməkdaşları tərəfindən elə yerindəcə yandırılıb. Peşmançılıq hissi keçirdiyini deyən “narkotik aqronomu” Mustafa Mustafayev bir daha bu işlə məşğul olmayacağını bildirib. Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, hər iki şəxsə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda Yevlax RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.