vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
18:18 | 17 mart 2014 | Bazar ertəsi Məqaləyə 2466 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Syominin Ağayev dərdi

Milli qapıçının durumu sual altındadır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qəbələ» «Qarabağ»la oyuna yarımcan çıxa bilər. Futbolinfo.az xəbər verir ki, komandanın qapıçısı Kamran Ağayevin durumu hələ də sual altındadır.

Topaz Premyer Liqasının 26-cı turunda sabiq komandası «Bakı»ya qarşı oyunda zədə alan Kamranın sağ ayağında şiş əmələ gəlib. Onun Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında «Qarabağ»a qarşı oynaması hələ də sual altındadı. Saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib ki, onun ağdamlılara qarşı oynayıb-oynamayacağı oyun günü bəlli olacaq.

Kamrandan fərqli olaraq, Rafael Santos zədəsini bərpa edib. O, lazım olacağı halda, Ağdam klubuna qarşı forma geyə biləcək.