vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
14:12 | 8 iyun 2013 | Şənbə Məqaləyə 2819 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransadan xəbər var

Azərbaycan beynəlxalq təşkilata üzv olub

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin 36-cı Ümumdünya Üzüm və Şərab Konqresində və Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Rumıniyaya səfəri başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iyunun 2-dən 7-dək davam edən səfər çərçivəsində nazir Braşov şəhərinin Kənd Təsərrüfatı üzrə Ödəmələr və Müdaxilə Agentliyinin baş direktoru Stanea Dorel Lonqinlə görüşüb.
Görüş zamanı şəhərin yerləşdiyi bölgədə fermerlər və təsərrüfat subyektləri üçün dövlət tərəfindən ayrılan ödəmələrin kompüterləşdirilmiş idarəetmə və fəaliyyət sisteminə əyani baxış keçirilib, hər iki ölkədə subsidiyaların ödənilməsi prosedurlarına dair fikir mübadiləsi aparılıb. İ. Abbasov Azərbaycanda subsidiyaların ödənilməsi mexanizminin fəaliyyəti barədə qarşı tərəfə məlumat verib ki, Rumıniya tərəfi Azərbaycanın bu sahədəki təcrübəsinin təqdirəlayiq olduğunu bildirib.
İ. Abbasov Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Assambleyasında da iştirak edib. Baş Assambleyada Azərbaycanın təşkilata nəzərdə tutulan üzvlüyü ilə əlaqədar olaraq Azərbaycan nümayəndə heyəti tərəfindən video-çarx təqdim edilib. Daha sonra nazir İ.Abbasov çıxış edərək Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin inkişafı məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər, bu sahənin uzunmüddətli inkişaf strategiyasının müəyyən edilməsi məqsədilə ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş «2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı», bu sahəyə ayrılan subsidiyalar, habelə Azərbaycanla Beynəlxalq Üzüm və Şərab Təşkilatı arasında üzvlükdən sonrakı dövr üçün əməkdaşlıq istiqamətləri barədə məlumat verib.
İ. Abbasov 2012-ci ilin noyabrında Azərbaycanın Gəncə şəhərində keçirilmiş 1-ci Beynəlxalq Üzüm və Şərab Festivalının Azərbaycanın üzümçülük və şərabçılıq ənənələrinin möhkəmləndirilməsində xüsusi rolunu qeyd edərək, tədbir iştirakçılarını cari ilin noyabrın 9-10-da Gəncədə keçiriləcək 2-ci Beynəlxalq Üzüm və Şərab Festivalına dəvət edib.
Daha sonra Beynəlxalq Üzüm və Şərab Təşkilatının prezidenti Klaudia İnes Quini və təşkilatın baş direktoru Federiko Kastelluççi nazir İ.Abbasovu təşkilatın prosedur qaydalarına uyğun olaraq Azərbaycanın təşkilata rəsmən üzv olması ilə əlaqədar təbrik edib.
Proqrama uyğun olaraq, Baş Assambleyada təşkilatın baş direktoru vəzifəsinə seçkilər keçirilib və Fransa nümayəndəsi Jan Mari Aurand təşkilatın yeni baş direktoru seçilib. İ.Abbasov yeni baş direktoru təbrik edib və onu cari ilin noyabr ayında Gəncə şəhərində keçiriləcək 2-ci Beynəlxalq Üzüm və Şərab Festivalına dəvət edib.