vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
15:57 | 27 mart 2014 | Cümə axşamı Məqaləyə 2315 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanın dəyəri qalxıb

Krım böhranının ardınca Qərbin diqqəti Bakıdan ötürülən enerjilərə yönəlib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Krımı Ukraynadan ayırması yaxın qonşularını narahat edir. Onların çoxu Rusiyanın növbəti hədəfi olmaqdan qorxur. Azərbaycan isə ən azından uzunmüddətli perspektivdə hadisələrin kəskin dönüşündən fayda əldə edəcək. Məlumatı «EURASİANET» xəbər portalı yayıb.

Krım böhranı Avropa İttifaqı (Aİ) ölkələri arasında narahatlıq yaratdı. Buna səbəb rus qazından asılılıq və Ukraynanın tranzit ölkə kimi etibarlılığı məsələsidir. Bu da öz növbəsində Avropada enerji diversifikasiyası layihələrinə ciddi təkan verir və «Cənub Dəhlizi» enerji marşrutunun başında olan Azərbaycanın alternativ enerji mənbəyi kimi rolunun artmasına imkan yaradır.

Azərbaycan onsuz da regionda təchizatçı kimi mühüm rol oynayır. 2012-ci ildə Azərbaycan müvafiq olaraq Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri vasitəsilə 245 milyon ton neft və 7 milyard kubmetr təbii qaz ixrac edib. 2017-2018-ci illərdə Şahdəniz II layihəsi istifadəyə veriləndən sonra təbii qaz ixracının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Bu isə Avropaya əlavə olaraq 10 milyard kubmetr qaz ixracı deməkdir.

Şahdəniz II layihəsi şübhəsiz ki, Azərbaycanın büdcəsini xeyli zənginləşdirə bilər. Lakin ixrac barədə mövcud razılaşma Azərbaycanın gəlir əldə etmək potensialının maksimuma çatmasına bəs etmir. Bakı üçün əsas addım Krım böhranı başlamazdan əvvəl, ötən ilin iyununda atıldı. Şahdəniz yatağı daha iddialı Qərb təşəbbüsü olan «Nabukko» əvəzinə, Trans-Adriatik (TAP) boru kəmərini seçməklə, ixrac marşrutu ilə bağlı böyük rəqabəti aradan qaldırdı. Azərbaycan həqiqətən «Nabukko»nun inkişafında maraqlı idi. Lakin Rusiya Bolqarıstan və Macarıstan da daxil olmaqla, marşrut boyunca bir neçə Mərkəzi Avropa ölkəsi ilə təbii qaz qiymətlərinin azaldılması barədə danışıqlar aparmaqla layihəni zədələyə bildi.

Qeyd edək ki, «Nabukko Qərb»ə güzəştə getmək fikri olmayan Rusiyanın «Cənub Axını» kimi tanınan layihəsini üç ölkə də imzalayacaq.

Nəhayət, Azərbaycan rəsmiləri 10 milyard kubmetr həcmli, nisbətən iddiasız Trans-Adriatik kəmərilə razılaşmalı oldular. «Nabukko Qərb»in həcmi isə 23 milyard kubmetr təşkil edir. Türkiyə və Yunanıstan vasitəsilə İtaliyaya gedən Trans-Adriatik marşrutu bütövlükdə Mərkəzi Avropadan yan keçir və Azərbaycana gəlir.

Ukrayna barəsində Rusiya ilə Qərb arasında sürətlə genişlənməkdə olan çatlar Azərbaycanın alternativ enerji mənbəyi kimi rolunu artırdı. Aİ Rusiya ilə «Cənub Axını» barəsində danışıqları artıq saxlayıb. Məqsəd Krım böhranı da daxil olmaqla, bütün siyasi prosesləri ətraflı nəzərdən keçirməkdir. Bu barədə Aİ-nin enerji məsələləri üzrə komissarı Gunter Öttinger bildirib. Martın 21-də İtaliyanın enerji şirkəti «ENİ»nin rəhbəri və «Cənub Axını»nda 20 faizlik səhmlərə sahib olan Paolo Skaroni (Paolo Scaroni) daha da irəli gedərək dedi: ««Cənub Axını»nın nə vaxtsa inşa edilib-edilməyəcəyini bilmirəm».

Əgər «Cənub Axını» həqiqətən cənuba başçılıq etsə, Azərbaycan etibarsız ixracı qarşılamaq üçün uyğun mövqedə yerləşir. Aİ-Rusiya münasibətlərindəki fikir ayrılığı təkcə Trans-Adriatik boru kəmərinə təkan verməklə qalmır, həm də daha böyük enerji layihələrinin, hətta müəyyən formada «Nabukko» layihəsinin cəlb edilməsinə gətirib çıxarır. «Əgər əvvəllər Aİ «Nabukko» kimi mühüm strateji layihələrə dəstəyini bəyanatlarla məhdudlaşdırırdısa, indi bu layihələrin həyata keçirilməsinin asanlaşmasını təbliğ edəcək», - Azərbaycanın enerji məsələləri üzrə analitiki Gülmirə Rzayeva belə deyib.

Qarşıda yeni imkanlar olsa da, Azərbaycan diqqətli hərəkət etməlidir. Aqressiv addım Rusiyanı qıcıqlandıra bilər. Moskva sübut etdi ki, təkcə Ukraynada deyil, həmçinin qonşu Gürcüstanda 2008-ci il müharibəsi zamanı mövcud olan maraqlarını irəli aparmaq üçün enerji təchizatına mane olmaq istəyir. Keçmişə nəzər salsaq görərik ki, azərbaycanlı rəsmilər enerji ixracı məsələsində bacarıqlıdırlar. Bakı artıq rəqabət aparan geosiyasi maraqlar arasında tarazlığı qoruya biləcəyini göstərib. Azərbaycan təkcə Türkiyə və Qərbə deyil, eləcə də Rusiya və İrana qaz ixrac edir.

Nəticədə, Ukrayna böhranı Bakı üçün həm fürsətlər, həm də risklər yaradır. Lakin vəziyyət cəmi bir ay əvvəlki ilə müqayisədə xeyli yaxşıdır. Bakı öz strateji mövqeyi və enerji resurslarını nəzərə alaraq növbəti aylarda və illərdə enerji ixracında daha güclü mövqe tuta bilər.