vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
20:11 | 31 mart 2014 | Bazar ertəsi Məqaləyə 2001 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Seçkilərə qatılma!»

Kliçkodan Timoşenkoya israr

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın «UDAR» partiyasının lideri Vitali Kliçko «Batkivşinı»nın başçısı, sabiq baş nazir Yuliya Timoşenkonu prezident seçkilərinə qatılmamağa çağırıb. Musavat.com-un məlumatına görə, bu barədə o, alman nəşri olan «Bild»dəki məqaləsində yazıb.

«Sorğulara görə, Pyotr Poroşenko ən böyük dəstəyə malikdir. Mən də buna görə onu müdafiə edirəm. Heç də pis olmazdı ki, Yuliya Timoşenko da öz üzərinə məsuliyyət götürüb Poroşenkonu dəstəkləsin. Ölkəmiz nəinki böyük islahatlar həyata keçirmək zərurəti qarşısındadır, eyni zamanda Rusiyanın hərbi təcavüzü ilə üz-üzədir. Buna görə də mən ölkənin bir az da parçalanmaması naminə çoxdan bəyan edirəm ki, seçkilərə bütün demokratik partiyaların vahid namizədi ilə getməliyik».