vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
MEDİA-QHT  
22:40 | 31 mart 2014 | Bazar ertəsi Məqaləyə 3032 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vüsalə Mahirqızı nədən təəssüflənir?

«APA Holdinq»in yeni layihəsi fəaliyyətə başlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

«APA Holdinq»dən kütləvi işdənçıxmalar barədə deyilənlərin və yazılanların heç bir ciddi əsası yoxdur».

Lent.az-ın məlumatına görə, bunu «APA Holdinq»in prezidenti Vüsalə Mahirqızı «facebook» sosial şəbəkəsində səhifəsində bildirib.

Holdinq prezidentinin paylaşdığı açıqlamada daha sonra bildirilir: «Son günlərdə şirkətin cəmi iki əməkdaşı işdən ayrılmaqla bağlı müraciət edib.

Bəzi həmkarlarımızın «APA Holdinq»dən bir neçə jurnalistin işdən çıxması ilə bağlı yazdıqlarından təəssüflənirəm və qətiyyən, belə bir halın olmadığını bildirirəm. 

Hazırda «APA Holdinq»də 300-dən çox jurnalist və yaradıcı şəxs çalışır. Onların əksəriyyəti ölkənin tanınmış imza sahibləri, istedadlı yazarları, informasiya texnologiyaları mütəxəssisləri və televiziya işçiləridir.

Bu günlərdə «APA Holdinq»in yeni layihəsi də fəaliyyətə başlayacaq. Bu layihə ilə bağlı xeyli tanınmış yazar artıq iş təklifimizi qəbul edib və sabahdan etibarən sıralarımızda olacaqlar.

Bütün həmkarlarımıza yaradıcılıq uğurları və sağlam rəqabət arzu edirik».