vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
19:32 | 1 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1517 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiya qoşunlarına müqavimət göstərə bilmərik»

«Krım tatarlarının yalnız 5 faizi bu referenduma qatılıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

APA-nın məlumatına görə, bunu CNN telekanalına müsahibəsində Krım tatarlarının lideri Mustafa Abdulcəmil Kırımoğlu deyib.

«Əlbəttə ki, biz bu təcavüzü tanımırıq. Ölkəmizin, Ukraynanın bütövlüyünün qorunmasının tərəfdarıyıq. İş ondadır ki, təcavüzkar qüvvələrin martın 16-da keçirdiyi referenduma qatılmamışıq, onu boykot etmişik. Təkcə biz yox, etnik ukraynalılar da, ruslar da referendumu boykot ediblər. Məlumatlarımıza görə, Krım tatarlarının yalnız 5 faizi bu referendumda iştirak edib», - deyə o vurğulayıb.

Referendumun nəticələri ilə bağlı rəsmi məlumatların yalan olduğunu deyən M.Kırımoğlu qeyd edib ki, səsvermədə Krım əhalisinin 82 faiz deyil, 32,4 faiz iştirak edib.

Rusiya prezidenti ilə görüşündən danışan M. Kırımoğlu ona referendumun keçirilməsi planını qəbul etmədiklərini bildirdiyini deyib. Buna baxmayaraq Putin krımlıların fikrinin öyrənilməsinin vacibliyinə təkid edib.

«Rusların daha uzağa gedə biləcəklərinə gəldikdə, düşünürəm ki, bu, Rusiya tərəfindən ağılsızlıq olardı. Çünki Ukrayna Müdafiə Nazirliyinin qərarı var. Ordumuzun Rusiya ordusundan nə dərəcədə zəif olması önəmli deyil. Onların ordusu irəliləməkdə davam etsə, biz atəş açacağıq. Çətin ki, bu, Rusiya yaxud da Putinin marağında olsun. Biz heç nəyi istisna edə bilmərik. Lakin bütün bunlar qan tökülməsinə gətirib çıxaracaq. Buna görə də Krım tatar xalqının Məclisi Krımda BMT kontingentinin yerləşdirilməsini xahiş edib. Əminəm ki, biz nüvə dövləti olsaydıq, bu cür hadisələr baş verməzdi», - deyə M.Kırımoğlu vurğulayıb.