vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
01:01 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 2121 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Timoşenko Qərbdən hərbi kömək istədi

«Nə qədər ki, bu baş verməyəcək, bizim daha ciddi problemlərimiz yaranacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bankivşina» Partiyasının lideri, Ukraynanın keçmiş baş naziri, prezidentliyə namizəd Yuliya Timoşenko Qərbi ölkəsinin müdafiə qabiliyyətini möhkəmləndirməyə çağırıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, bunu «The Financial Times»ə müsahibəsində deyib.

Onun fikrincə, Rusiya prezidentinin Krımı ələ keçirməsi müasir dünyaya ciddi xəbərdarlıqdır. Timoşenko Rusiyaya qarşı iqtisadi sanksiyaların təcili gücləndirilməsinin vacib olduğunu da qeyd edib. Onun sözlərinə görə, yalnız bu yolla Rusiyanın Ukrayna ərazisini bundan sonrakı işğaldan dayandırmaq olar:

«Əgər Qərb Rusiyaya ciddi sanksiyalar tətbiq etsə, əlbəttə, həm ABŞ-a, həm də Avropa İttifaqına da buna görə müəyyən ziyan dəyəcək. Ancaq mən Qərbi bu itkiyə getməyə çağırıram. Nə qədər ki, bu baş verməyəcək, bizim daha ciddi problemlərimiz yaranacaq».

O, Ukrayna-Rusiya sərhədində baş verənləri təkcə öz dövlətinin problemi hesab etmir: «Bu problem geopolitik situasiyanın məhvidir. Putin aqressiya vasitəsilə sərhədləri pozduğunu nümayiş etdirir. O öz aqressiv fəaliyyəti ilə göstərir ki, beynəlxalq təşkilatlar işləmirlər, hətta beynəlxalq müqavilələr də işləmir».

Timoşenkonun sözlərinə görə, Rusiyanın aqressiyasının dayandırılması üçün Qərb Ukrayna ordusuna təkcə yataq kisələri və ərzaq payı verməməli, həm də hərbi-texniki təchizatını həyata keçirməlidir: «Bütün dünya Ukrayna ordusunu gücləndirməlidir, bu, müharibə naminə yox, stabillik naminə edilməlidir».