vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
21:00 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 1850 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xalq artisti prezidentdən ən ağır cəza istədi

Ağasəlim Abdullayev bir neçə gün öncə əməliyyat olunan gəlininin vəziyyətindən də danışıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalq artisti, tarzən Ağasəlim Abdullayev prezidentdən məmur oğluna ən ağır cəza istəyib və bir neçə gün öncə əməliyyat olunan gəlinin vəziyyətinə də aydınlıq gətirib.

«Prezidentimiz sağ olsun, onların cəzalandırılması üçün göstəriş verib. Ona sonsuza qədər güvənirəm. Günahkar ailəmdən iki əzizimi apardı. Onlara nə deyə bilərəm. Ən ağır cəza nədirsə, verilməsini istəyirəm. Bəlkə, bir az da olsa, yarama məlhəm olar».

Bunu ailəliklə avtomobil qəzasına düşən xalq artisti, tarzən Ağasəlim Abdullayev hadisənin günahkarı Xalid Mədətov barədə danışarkən bildirib.

«Gəlinimin burnu çox pis sınmışdı. Həmin sınıqlarını yenidən tikiblər, hələ ki gipsdədir. Özüm də yenə onun kimi. Qabırğamdakı çat mənə əziyyət verir, hələ də gipsdədir».

Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada tarzən Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu və gəlini xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə «Mercedes-Benz G-55» avtomobilinin sürücü, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur.

Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini vəzifəsindən azad edilib. Keçmiş məmurun oğlu isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Onun Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir. (Modern.az)