vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
21:33 | 2 aprel 2014 | Çərşənbə Məqaləyə 2230 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ABŞ bizi qonşularımıza təhdid kimi göstərir»

«Müdafiə qabiliyyətimiz düşmənlərin hücuma cəsarət etməyəcəyi şəkildə güclənib»

MÖVZU İLƏ ƏLAQƏLİ

«ABŞ bölgədəki mənafeyi naminə İranı qonşu ölkələr üçün həmişə təhdid kimi göstərir».

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranın müdafiə naziri, general Hüseyn Dehqan deyib.

Onun sözlərinə görə, İran Fars körfəzi ölkələrinə əsla hücum etməyib, ancaq hər cür hərbi müdaxiləni də təsirsiz hala gətirir.

H. Dehqan deyib ki, İsrail İranın məntiqli hərbi mövqeyi qarşısında gücsüzdür: «İran xalqının müdafiə qabiliyyəti düşmənlərin hücuma cəsarət etməyəcəyi şəkildə güclənib. İran hər hansı bir ölkə üçün təhdid olmayıb, ancaq özünə istiqamətli hər cür təhdidə də cavab verəcək».