vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
XADİM  
12:23 | 3 aprel 2014 | Cümə axşamı Məqaləyə 3565 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mirzə Xəzər MŞ-yə «Yox!» dedi

«Formalaşmayıb və ictimai rəyə təsiri çox zəifdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir müddət bundan öncə Milli Şura sədri Cəmil Həsənli mətbuata açıqlamasında «Azadlıq» radiosunun Azərbaycan redaksiyasının sabiq rəhbəri Mirzə Xəzərin sözügedən quruma üzv olmaq üçün müraciət etdiyini açıqlamışdı. M.Xəzər isə Milli Şuraya üzv olmaq üçün sözügedən qurumdan ona dəvət gəldiyini bildirmişdi: «Məni Milli Şuraya üzv olmağa dəvət ediblər. Lakin hələ qərar verməmişəm. Cəmil müəllimə yazmışam ki, mənim vaxta ehtiyacım var, bir qərara gələn kimi dəvətə cavab verərəm».

Mirzə Xəzərin Milli Şura ilə bağlı hansı qərar qəbul etmək üçün aznews.az-ın əməkdaşı onunla əlaqə saxlayıb. «Azadlıq» radiosunun Azərbaycan redaksiyasının sabiq rəhbəri bildirdib ki, Milli Şuradan ona üzv olmaq üçün edilən dəvəti rədd edib: «Bəli, qərara gəldim. Qərarım mənfidi. Mən Milli Suraya üzv olmaq istəmirəm. Ümumiyyətlə, heç bir təşkilata qoşulmaq niyyətində deyiləm. Müstəqil, bitərəf və sərbəst olmağa üstünlük verirəm. Milli Şuraya uğurlar arzu edirəm». 

M.Xəzər Milli Şuraya üzv olmaq istəməməsinin səbəbini belə izah edib: «Milli Şuraya üzv olmaq istəmirəm deyəndə mən sırf Milli Şuranı nəzərdə tutmuram. Mən ümumiyyətlə, partiya və ya təşkilatlara üzv olmaq məsələsində çox həssasam. Özümü hansısa siyasi cərəyana bağlamaqla əl qolumu da bağlamış olur və boynuma müəyyən vəzifə götürmüş olaram. Bunu istəmirəm. Sərbəst olmaq istəyirəm. Müstəqil olmaq istəyirəm. Heç bir şəxsdən, təşkilatdan və ya partiyadan asılı olmaq istəmirəm».

O, Milli Şuranın fəaliyyəti ilə bağlı fikirlərini də bölüşüb: «Milli Şura hələ formalaşmayıb və ictimai rəyə təsiri çox zəifdir. Bunun əsas səbəbi prezident seçkisi ərəfəsində və sonrasında şurada baş vermiş didişmələr, intriqalar, oyunlar oldu. Rüstəm İbrahimbəyovun pasport sərgüzəştləri və sözünün üstündə durmaması təşkilata ancaq zərər verdi. Cəmil Həsənlinin bütün səylərinə baxmayaraq, şuranın nüfuzunu bərpa etmək, təşkilatın formalaşmasını başa çatdırmaq və fəaliyyətini gücləndirmək mümkün olmadı. İndi şuranın ən mühüm vəzifəsi bəyanatlar verməklə yanaşı, təşkilatlanma işini başa çatdırmaqdır».