vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TÜRK DÜNYASI  
20:58 | 3 aprel 2014 | Cümə axşamı Məqaləyə 2502 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ergenekon»la bağlı qərar

Generalı İlkər Başbuğ «terrorçu» deyil, «terrorda şübhəli şəxs» adlandırıldı; istintaq bildirir ki, «Ergenekon»nun tamamilə sıradan çıxarılmasının mümkün olmaması onun gücünü göstərir

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 3-də Türkiyədə «Ergenekon» istintaqı ilə bağlı Ağır Cəza Məhkəməsinin qərarı açıqlanıb. Sənəddə «Türkiyədə dərin dövlət yaradılması ilə bağlı ilk dəfə belə bir qərar verilir» ifadələri yer alıb. 16 min 798 səhifəlik qərar 3 cilddə toplanıb. Sənədin yazılması 8 aya başa gəlib.

Yada salaq ki, 2013-cü il avqustun 5-də yekunlaşdırılan, aralarında Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun, CHP Zonquldaq millət vəkili professor Mehmet Haberalın, CHP İzmir millət vəkili Mustafa Balbayın, qəzetçi Tuncay Özkanın da olduğu 275 şübhəlinin həbs edildiyi iş Türkiyə Respublikası tarixinin ən səs-küylü istintaq proseslərindən sayılır.

Qərarda bildirilir: «İstintaq araşdırmaları zamanı bəlli olub ki, Ergenekon adında bir hörgüt yaradılıb, Türkiyə qanunlarına görə incələndiyində onun silahlı terror qruplaşması olduğu ortaya çıxıb. Bu silahlı qruplaşma dərin dövlət, yəni »Gladyo-Kontrgerilla» olub, əsasən Türkiyə Silahlı Qüvvələrinin içərisində yaradılaraq, qanundankənar fəaliyyət göstərib. Qruplaşmanın tərkibində həm hərbçilər, həm də mülki şəxslər olub».

Sənəddə bildirilir ki, «Ergenekon» qruplaşması əsasən Bülənt Ecevit, Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan hökumətlərini hədəf alıb: «Terror qruplaşması yaradıldığı ilk dönəmdə Bülənt Eceviti hakimiyyətdən zor gücü ilə uzaqlaşdırıb. AKP hökumətinə qarşı Jandarma Baş İdarəsinin tərkibində qanundan kənar yaradılan Cümhuriyyət Çalışma Qrupu yaradılıb. Bu qrup Ərdoğan hökumətinə qarşı «Sarıkız», «Ay işığı», «Yakamoz», «Eldiven» adlı qiyam planları hazırlayıb, məqsəd hökuməti ölkənin idarəçiliyindən tam uzaqlaşdırmaq olub».

İstintaqın yekin sənədində göstərilir ki, bir sıra ünlü isimlərin gündəliklərində və qeyd kitabçalarıda «Ergenekon» qruplaşması ilə bağlı önəmli detallar olub: «Dəniz Qüvvələri komandanının gündəliyində, eləcə də CHP millət vəkili Mustafa Balbayın elektron gündəliyində bu qrupun təşəbbüsləri ilə bağlı önəmli məqamlar aşkar edilib. Ergenekon hörgütü Türkiyə Silahlı Qüvvələrinin içərisində həm də «Qərargah evləri» adı ilə tanınıb. Araşdırmalar zamanı o da bəlli olub ki, piramida prinsipi ilə yaradılan qrup üzvlərinin heç də hamısı bir-birini tanımır. Araşdırmalar zamanı AKP-nin siyasi fəaliyyətinin dayandırılması üzrə istintaq prosesi zamanı həbs edilənlərdən bəzilərinin aktiv fəaliyyəti olduğunu da ortaya çıxıb. Silahlı Qüvvələrin Baş Qərargahının Elmi Dəstək Dairəsində daha aktiv olan «Ergenekon» hökumət əleyhinə bir sıra qanundankənar planlar hazırlayıb, saxta adlarla internet saytları yaradılıb, həmin səhifələrdə hökumət əleyhinə psixoloji təbliğat aparılıb, bununla da həm toplumu hakimiyyəti dəstəkləməməyə təhrik edib, eyni zamanda AKP-nin bağlanması üçün saxta dəlillər yaradılıb».

İstintaq sənədlərinə görə «Ergenekon»un toplumdakı milli azlıqlara, eyni zamanda dini kəsimlərə yönəlik planları da olub: «Ergenekon qruplaşmasının Türkiyənin milli azlıqlar yaşayan bölgələrində, eləcə də dini qruplaşmalar, xüsusən camaat, ələvilər içərisində iğtişaşlar yaratmaq, çoxluq içərisinə cəmiyyətin azlıqda olan kəsimləri ilə bağlı nifaq toxumları səpmək planları olduğu müəyyən edilib...

... Axtarış əməliyyatları zamanı general Hurşit Tolondan Türkiyə Silahlı Qüvvələrinə aid «psixoloji həb» adlı dosyelər müsadirə edilib. O da müəyyən olunub ki, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ terrorçu deyil, terrorda əli olmaqda şübhəli bilinən şəxsdir. İlkər Başbuğ «Ergenekon» qruplaşmasının ierarxiyasında idarə edən şəxs kimi yer alıb. Bəzi internet saytları İlkər Başbuğun tabeliyində olub və onun birbaşa göstərişləri ilə fəaliyyət göstərib. Bu internet saytlarının çoxu hökumət üzvlərinə qarşı qara piarla məşğul olub».

İstintaq materiallarında Ergenekonun PKK ilə münasibətlərinin olması da iddia edilir: «Əldə edilən sənədlərdə Ergenekonun PKK ilə münasibətlərinin olduğu görünür. Ancaq hörgütün polis əleyhinə təbliğat aparması iddiaları doğrulmayıb. Bu günə qədər Ergenekon hörgütünün tamamilə sıradan çıxarılmasının mümkün olmaması isə onun gücünün göstəricisidir».

Sənəddə bildirilir ki, 3 cildik istintaq materiallarında səslənən iddialarla bağlı çoxsaylı sübutlar toplanıb.

Türkiyə Silahlı Qüvvətləri Baş Qərargahının keçmiş rəisi ordu generalı İlkər Başbuğun vəkilləri, daha sonra isə özü  sənəd çap olunandan bir neçə saat sonda etirazla çıxış ediblər. İlkər Başbuğ deyib ki, bu qərarı ciddiyə almır. Onun müdafiəçiləri isə iddia edir ki, 2012-ci ilin avqustundan 2014-cü ilin martına qədər İlkər Başbuğun heç bir günahı olmadan Silivri cəza evində saxlanması məhkəmə qərarı ilə təsdiq edilib və onun haqqında həbs-qəti imkan tədbiri dəyişdirilib: «Əgər istintaqın İlkər Başbuğun terrorda əli olması haqqında sübutu olsaydı, məhkəmə belə bir qərar çıxarmazdı. Biz istintaqın son nəticəsini hüquqi cəhətdən əsaslandırılmamış sayır, müdafiəni ədalət bərpa edilən anadək davam etdirəcəyimizi bildiririk».

Ehtimal edilir ki, 30 mart bələdiyyə seçkilərindən sonra yenidən «Ergenekon» istintaqının gündəmə gətirilməsi AKP-nin toplumun diqqətini seçkilərin saxtalaşdırılması iddialarından yayındırmaq cəhdidir. (musavat.com)