vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
17:16 | 4 aprel 2014 | Cümə Məqaləyə 2244 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Demokratdır, yoxsa sultan?»

İngiltərənin məşhur jurnalı Ərdoğan haqda maraqlı məqalə dərc edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərənin həftəlik «Ekonomist» jurnalı son buraxılışında Türkiyədəki seçkilərdən yazıb. Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnal «Bağışlayan ol, böyük sultan» adlı yazıda Ərdoğanın gözlənilməz qələbəsindən bəhs edib. Jurnal Ərdoğanın açıq fərqlə qazandığı qalibiyyətdən sonra böyüklük göstərməsi lazım olduğunu qeyd edib.

«Ekonomist» Gəzi hadisələrində Ərdoğanın sultan geyimində şəklini çəkərək  üz qabığının  fotosu etmişdi. Şəkilin altına isə, «Demokratdır, yoxsa sultan?» yazmışdı.

Jurnal son buraxılışında isə Ərdoğanın müxalifəti çaş-baş saldığını xüsusi vurğulayır. Jurnalı ən çox narahat edən isə baş nazirin getdikcə daha da avtoritar davranması və nəticədə Türkiyədə qütbləşmənin yayılmasıdır.

Jurnal yazır: «90-cı illərin xaosundan sonra Türkiyə 10 il Ərdoğanın idarəçiliyi ilə sabit, çiçəklənən bir dövr keçirdi».

«Ekonomist» Ərdoğanın prezidentliyə namizəd olmağa hazırlaşdığını yazıb: «Ərdoğan Cümhuriyyətin 100-cü ilində, daha dəqiq 2023-cü ildə prezident  postunda  oturaraq Atatürkdən sonra Türkiyənin ən böyük lideri olduğunun qeyd etmək istəyir».

Jurnal qeyd edir ki, Atatürkün də avtoritar davranışları olub, lakın o türklər tərəfindən «birləşdirici» bir şəxsiyyət olaraq xatırlanır: «Əgər cənab Ərdoğan da eyni şəkildə xatırlanmaq istəyirsə, sadəcə ona səs verənlərin deyil, bütün türklərin mənfəətini təmsil etsin».