vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TOP OYUNLARI  
01:45 | 5 aprel 2014 | Şənbə Məqaləyə 3023 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İngilislər kisənin ağzını açır

24 yaşlı oyunçu üçün alman klubuna fantastik məbləğ təklif edilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il istər İngiltərə Çempionatında, istərsə də Çempionlar Liqasında işləri heç də yaxşı getməyən «Manchester United» klubu yeni mövsüm üçün heyətini gücləndirmək qərarına gəlib. Bu məqsədlə baş məşqçisi David Moyes növbəti ildə bir çox təcrübəli isimləri komandasında görmək istədiyini klub rəhbərliyinə bildirib.

Vaxt.az İngiltərə mətbuatına istinadən bildirir ki, «Manchester United» 24 yaşı olmasına baxmayaraq kifayət qədər təcrübəli Toni Kroosun transferi üçün Almaniyanın «Bavariya» klubuna 40 milyon funt sterlinqlik astronomik məbləğdə təklif irəli sürüb. Bildirək ki, 1.82 boyunda olan  oyunçunun müqaviləsi 2015-ci ildə başa çatacaq. Bunu nəzərə alan alman klubunun idarəçiləri çox güman ki, ingilislərin 66,37 milyon dollarlıq təkliflərinə yox deməyəcək.

Qeyd edək ki, 8 ildir «Bavariya»nın uğuru üçün tər tökən (2009-2010 mövsümündə «Bayern Leverkusen»ə icarəyə verilib 43 oyunda 10 dəfə fərqlənib) yarımmüdafiəçi 126 oyunda 13 dəfə qol sevinci yaşayıb. 2010-cu ildən isə Almaniya əsas millisinin heyətinə çağırılan Kroos 42 dəfə bu formanı əyninə geyinib, rəqiblərini 5 dəfə oyunu mərkəzdən başlamağa məcbur edib.