vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ƏTRİYYAT  
13:03 | 31 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 3471 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Parfumeriya haqda 1001 sirr

Ətirin istifadəsindən saxlanmasına qədər hər şey

MÖVZU İLƏ ƏLAQƏLİ

Ətirin çox qalması dərinin tipiylə yaxından əlaqəlidir. Quru cildlər qoxunun aromatik tərkibini yağlı cildlər qədər yaxşı mühafizə edə bilməz. Buna görə də ətir sınayarkən, dərinizin kiçik bir bölgəsinə yüngül yağlı və qoxusuz bədən losyonu sürüb ətiri bunun üzərinə sıxın.

Niyə ətirlər hər bədəndə fərqli iy verir?

Ətirlər spirt, bir sıra aromatik yağ və sudan yaradılır. Bu yağlar cildlə təmas etdiyi zaman hər bədən tipinə görə fərqli reaksiya göstərir. Bir bədəndə yüngül, digər bədəndə fərqli şəkildə iy vermələrinə səbəb olur.

Qoxuları qarışdıra bilərikmi?

Bir neçə fərqli qoxunun eyni anda istifadə edilməsi yüngül bir uyğunsuzluq yarada bilər. Bu səbəbdən ortaya pis qoxular da çıxa bilər. Ətirlərinizi qarışdıraraq istifadə etmək istəyirsinizsə, heç olmasa eyni qoxuların eyni tipdən olmalarına diqqət yetirin.

Ətirin ən çox qaldığı bölgələr

Qoxunun çox qalmasını təmin edən ideal bədən bölgələri arasında gicgahlar, iki sinə arası və dirsək içləridir. Bədənin bu  bölgələri qan damarlarının dəriyə ən yaxın olduğu yerlərdir, bu səbəbdən bu hissələrdə istilik daha yüksəkdir. Bu da qoxunun bu bölgələr vasitəsilə mükəmməl şəkildə bədəndə qalmasını təmin edir. Qulaq arxasına qoxu sürmə vərdişini dərhal dəyişdirin! Çünki bu bölgədə dəri daha çox yağ ifraz edir ki, bu da qoxuyla bir araya gəldiyi zaman tərkibinin dəyişməsinə gətirib çıxarır.

Ətir harada saxlanmaldır?

Hamımızın ətirləri sərgiləməyi ən çox sevdiyimiz yerlərdən biri duşdur. Ancaq bu işıqlı, isti və nəmli mühit ətirin ömrünü qısaldır. Ən yaxşısı qapağı bağlı halda nəmsiz, sərin və qaranlıq bir yerdə, məsələn, şkafda və ya siyirmədə saxlamaqdır. Hətta soyuducu belə ətir üçün ideal yer kimi tövsiyə edilir.