vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
15:53 | 4 aprel 2014 | Cümə Məqaləyə 2592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ərdoğanın səfərini qiymətləndirirəm, amma...»

«... Ermənistanla ticarət əlaqələrini genişləndirməsini də qəbul edə bilmərəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Türkiyənin Azərbaycan siyasətini bəyənməsəm də, baş nazir Rəcəb Təyyub Ərdoğanın Azərbaycana səfərini yüksək qiymətləndirirəm». Bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiyanın sədri, deputat Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri Azərbaycanın Türkiyədən umacağının çox olduğunu bildirib: «Çünki onlar bizim qan qardaşlarımızdır. Bu baxımdan hesab edirəm ki, Türkiyə Azərbaycan torpaqlarının işğal altında qalmasına öz torpaqlarının işğal altında qalması faktı kimi yanaşmalıdır. Güclü Azərbaycan həm də güclü Türkiyə deməkdir».

Qüdrət Həsənquliyev açıqlamasında Türkiyənin Rusiyadan qorxusunu başa düşdüyünü də qeyd edib: «Əgər ABŞ-ın qarant durduğu Ukrayna torpaqlarını Rusiya işğal edirsə və super dövlət ləyaqətinin bu şəkildə alçaldılması ilə barışırsa, bu halda Türkiyə də Qarabağın işğalı ilə barışmaq zorundadır. Bütün bunlara anlayışla yanaşsam da, heç bir halda Ərdoğanın Ermənistanla ticarət əlaqələrini genişləndirməsini qəbul edə bilmərəm».

Deputat baş nazir Ərdoğanın səfəri çərçivəsində Türkiyə, Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi barədə müzakirələrin aparılmasını arzuladığını da vurğulayıb.

Qüdrət Həsənquliyev eyni zamanda qeyd edib ki, Türkiyə nüvə dövlətinə çevrilməlidir və Azərbaycan da qardaş ölkəyə bu istiqamətdə hər cür dəstək verməlidir: «NATO artıq qeyri-ciddi quruma çevrilib. Orada qərar qəbul etmək mümkünsüzdür və bu qurum Türkiyənin təhlükəsizliyinə təminat verə bilməz. Nüfuzlu dövlət olub öz sözünü deməsi üçün Türkiyə ABŞ-a, ya bir başqa dövlətə deyil, öz gücünə güvənməlidir. Gələcəkdə Türkiyə təhdid olunarsa ABŞ prezidentinin indikindən daha cəsarətli və fərqli mövqe nümayiş etdirəcəyinə heç kim təminat verə bilməz».